Qara Nuru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qara Nuru
39°55′06″ şm. e. 48°30′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.258 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4918[1]
Xəritəni göstər/gizlə
Qara Nuru xəritədə
Qara Nuru
Qara Nuru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.[2]

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir.

Əhalisi

Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir.[3] Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.

Toponimikası

Saatlı rayonunda kənd. Muğan düzündədir.

Çarizmin köçürmə siyasəti nəticəsində rus kəndliləri məskunlaşdıqdan sonra kəndin adı dəyişdirilərək Petropavlovka adlandırıldı. Sovet hakimiyyəti zamam inqilab rəmzi kimi kəndə Krasnoselski adı verildi. 1992-ci ildə kəndin əsl adı bərpa edildi. Ehtimal ki, kəndin adı Qara Nuru şəxs adındandır.[4]

Təhsil

Kənddə ümumi orta məktəb fəaliyyət göstərir. 2018/2019 tədris ilindən bu məktəbdə uşaqlarla yanaşı valideynlərə də dərslər keçirilir.[5]

Din

Kənddə "Fatimeyi-Zəhra" məscidi dini icması fəaliyyət göstərir.[6]

Tanınmış şəxsləri

Zahid Əskərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur

İstinadlar

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  4. Qara Nuru // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 262. ISBN 978-9952-34-155-3.
  5. Bu məktəbdə valideynlərə dərs keçilir (VİDEO) Arxivləşdirilib 2020-02-03 at the Wayback Machine. qaynarinfo.az, 24.10.2018  (az.)
  6. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

Həmçinin bax