Muğanlı (Şərur)
Muğanlı | |
---|---|
39°32′ şm. e. 44°56′ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.193 nəfər |
Muğanlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.
Tarixi[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər.
Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[1]
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhalisi 1193 nəfərdir.(2009 - cu il)[2] Baba Tağıyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
Şərur rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |