Yenikənd (Oğuz)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Yenikənd
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

YenikəndAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Yaqublu inzibati ərazi dairəsinə daxildir. Qanıx-Əyriçay çökəkliyində, rayon mərkəzi olan Oğuz şəhərindən 21 km cənubda, Yaqublu kəndinin şərqində, Oğuz-Xaldan şose yolunun solunda yerləşir.

20-ci əsrin ortalarında buraya gələrək məskunlaşmış və kəndi yaratmış yerli əhali yaşayış məntəqəsini belə adlandırmışlar. Yenikənd “yeni, təzə salınmış kənd, oba, yer” mənasındadır.

Kənd əhalisi heyvandarlıqtaxılçılıqla məşğul olur. Kənddə uşaq bağçası, klub, tibb məntəqəsi, 40 telefon butkası var.

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 429 nəfər əhali yaşayır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629