Hallavar (Oğuz)

HallavarAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Hallavar
41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Hallavar xəritədə
Hallavar
Hallavar

Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır.[1] "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m. yüksəklikdə yerləşir.

Əhalinin sayı 92 nəfərdir (1 yanvar 2017-ci il).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, bağçılıq və tərəvəzçiliklə təçkil edir.

  1. Hallavar (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.