Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi vahidində kənd.
Qarabulaq | |
---|---|
40°52′41″ şm. e. 47°34′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" — "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir.
Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür.[1] Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.
Kənd rayon mərkəzindən 36 km cənubda, Türyançayın sağ sahilində, Baş Qafqaz silsiləsinin yamacında, dəniz səviyyəsindən 550 metr yüksəkdə yerləşir.
Kənddə orta məktəb, klub, kitabxana, poçt, tibb məntəqəsi, 100 yerlik ATS var. Kəndin ərazisində tarixi müəyyənləşdirilməmiş iki alban-xristian ibadətgahı (kilsə) mövcuddur. Kəndə rayon mərkəzindən avtobus işləyir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 804 nəfər yaşayır.[2]
Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.