Şirvanlı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Şirvanlı | |
---|---|
41°01′ şm. e. 47°30′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rayon mərkəzindən 13 km cənub-şərqdə, Qumlaq kəndinin şərqində yerıəşir. Qumlaq İnzibati Ərazi Dirəsinə daxildir. “Şirvan” – dünyanın yaranışından soraq vrən işıqlı sözdür. Oğuz rayonundakı Şirvanlı kəndi də öz adında bu işıqlı sözü yaşatmaqdadır. “Şirvan” toponimi nəinki respublikamızın Sabirabad, Ağdam, Bərdə, Oğuz, İsmayıllı, Şamaxı, Neftçala rayonlarında, həmçinin Orta Asiyada, İranda, Şimali İraqda, Kiçik Asiyada geniş arealda yayılmışdır. Azərbaycan ərazisində Şirvanşahlar dövləti, Şirvan xanlığı, Şirvan bəylərbəyliyi, Şirvan vilayəti olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayı dünyanın nadir memarlıq incilərindən biridir. Şirvan düzü Azərbaycan Respublikasının barlı - bərəkətli coğrafi ərazisidir. Ərəb müəlliflərindən əl-Blazuri, ət-Təbəri, əl-İstəxri ilkin orta əsrlərdə Azərbaycan ərazisində Şamaxı şəhərinin yaxınlığında Şirvan adlı şəhərin olduğunu yazmışlar[1]. Mirəli Seyidov “Şirvan”in Şiraq (Siraq-Sir) tayfa adı ilə bağlılığını, ş i r a q l a r ı n (siraq-sir-şir) Azərbaycan xalqının soykökündə duran qəbilə olduğunu, bu qəbilənin oda tapindığını yazır[2]. “Şirvanlı” da “şir” (sir)–“od, işıq” deməkdir. “Van” (ban)–“hündür, uca yer” mənasındadır. “lı” (li) – şəkilçidir (M. Seyidov, a.ç.ə, səh. 56, 159) "Şirvanlı" – "Sirvan nəslindən, tayfasından olanlar", yaxud "işıqlı, uca yerdən, diyardan olanlar" deməkdir. Şirvanlı kəndinin əhalisi (880 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt 182 yerlik elektron ATS, tibb məntəqəsi, 1941 – 1945 - ci illər müharibəsində həlak olmuş həmyerlilərin xatirə abidəsi, ticarət, məişət xidməti obyektləri var. Əhali təbii qazdan istifadə edir. Oğuz şəhərindən Tayıflı kəndinə işləyən avtobus marşrutu Şirvanlıdan keçir.
Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Oykonim Şirvan (tarixi ərazi adı) sözü və mənsubiyyət bildirən -lı şəkilçisindən ibarət olub, "Şirvandan olanlar" mənasındadır. Şirvanlı, eyni zamanda, mərzili tayfasının tərkibində bir nəslin adı olmuşdur.[3]
Əhalinin sayı 973 nəfərdir (01 yanvar 2017-ci il).
Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |