Yenikənd — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Yaqublu inzibati ərazi dairəsinə daxildir. Qanıx-Əyriçay çökəkliyində, rayon mərkəzi olan Oğuz şəhərindən 21 km cənubda, Yaqublu kəndinin şərqində, Oğuz-Xaldan şose yolunun solunda yerləşir.
20-ci əsrin ortalarında buraya gələrək məskunlaşmış və kəndi yaratmış yerli əhali yaşayış məntəqəsini belə adlandırmışlar. Yenikənd “yeni, təzə salınmış kənd, oba, yer” mənasındadır.
Kənd əhalisi heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə uşaq bağçası, klub, tibb məntəqəsi, 40 telefon butkası var.
Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |