Borçalı qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Borçalı qəzası
Борчалинский уезд
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Tiflis quberniyası
Mərkəzi Şüləver
Yaradılıb 1880
Ləğv edilib 1929
Sahəsi 5 938,5
Əhalisi 128 587 (1897)
Xəritə
Borçalı qəzası xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik RespublikasıZaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir.[1]

Qafqaz regionunun baş xəritəsi, 1858-ci il
Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il

1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşündə iştirak edən Cavad xan Qacar Borçalı, Qazax və Şəmşəddil sultanlıqlarını Gəncə xanlığının tabeliyinə qaytardı. 30 yanvar 1801-ci ildə Rusiya İmperiyasının himayəsinə girən Kartli-Kaxeti çarı XII David rus ordusunun köməyi ilə Borçalı, Qazax, Şəmşəddil sultanlıqlarını işğal etdi. 1802-ci ildə Rusiya İmperatoru I Aleksandrın əmri ilə Kartli-Kaxeti çarlığı ləğv olundu. Onun ərazisində 5 qəzanı (уезд) əhatə edən Gürcü quberniyası təşkil edildi. Həmçinin yeni işğal edilmiş üç tatar sultanlığı da ləğv edilmiş və onların yerində üç tatar distansiyası yaradılaraq mərkəzi Tiflis şəhəri olan Gürcü quberniyasının tərkibinə verilmişdi. 10 aprel 1840-cı ildə Gürcüstan quberniyası ləğv edildi, onun yerində Gürcüstan-İmeretiya quberniyası yaradıldı. Bu zaman Borçalı distansiyası da ləğv edilərək torpaqları ərazisi genişləndirilimiş Tiflis qəzasının tərkibnə daxil edilmişdir. 14 dekabr 1846-ci ildə Gürcüstan-İmeretiya quberniyası ləğv edilərək onun ərazisinin bir hissəsində Kutais quberniyası, digər hissəsində isə Tiflis quberniyası yaradıldı. Borçalı ərazisi 1880-ci ilədək Tiflis quberniyasının Tiflis qəzasının tərkibində qalmışdır.

Borçalı qəzası yaradılmışdır . Qəza Lori, Borçalı, TrialetiYekaterinenfeld nahiyələrindən ibarət olmuş

  • 1835-ci ilə aid məlumata əsasən Gürcüstan quberniyasının Borçalı distansiyasının ərazisi 6.000 verst² idi.[2] Bu ümumi ərazisi 40.000[2] verst² olan Gürcüstan quberniyası ərazisinin təxminən 15 %-nə bərabər idi.
  • 1 yanvar 1915-ci il tarixinə Borçalı qəzası 6036.96 verst² ərazini əhatə edirdi.[3] Bu göstərici Tiflis quberniyasının 35904.14[3] verst² olan ümumi ərazisnin təxminən 17 %-nə bərabər idi.
  • 1 yanvar 1926-cı il tarixinə olan məlumata əsasən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkib hissəsi olan Gürcüstan Sovet Sosialist Respublikasının Borçalı qəzası 2.348 km² ərazini əhatə edirdi.[4] Bu göstərici Gürcüstan Sovet Sosialist Respublikasının 51.739[4] km² olan ümumi ərazisinin 4.54 %-nə bərabər idi. BSE-nin I nəşri, VII cildində verilən məlumata əsasən isə Borçalı qəzası 2.970 km² ərazini əhatə edirdi.[5]
  • 1804-cü ildə rus ordusunun apardığı kameral siyahıyaalmaya əsasən Rusiya İmperiyası himayəsində olan Kartli-Kaxeti çarlığının Borçalı distansiyasında 17.759 nəfər (9.396 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) əhali yaşayırdı.[6] Onların 16.195 nəfərini (7.832 nəfəri kişilər, 8.363 nəfəri qadınlar) qara papaq turkleri (azərbaycanlılar) təşkil edirdi.[7]
  • 1835-ci ilə olan məlumata əsasən Borçalı distansiyasında hər iki cinsdən toplam 25 min nəfər əhali yaşayırdı.[2]
Şöbə - İcma - Kənd Əhali Azərbaycanlılar
Şöbə İcma Kənd Ailə Kişilər Qadınlar Hər iki cins Ailə Kişilər Qadınlar Hər iki cins Nisbəti
Borçalı 3 022 10 955 8 154 19 109 2 046 7 150 5 227 12 377 64.77%
Baydar 295 1 001 858 1 859 294 1 000 858 1 858 99.95%
Baydar 55 218 192 410 54 217 192 409 99.76%
Böyük Bəylər 18 39 21 60 18 39 21 60 100%
Bala Bəylər 12 28 40 68 12 28 40 68 100%
Gültəpəli 21 49 46 95 21 49 46 95 100%
Qurdlar 77 309 258 567 77 309 258 567 100%
Lecbəddin 42 152 148 300 42 152 148 300 100%
Böyük Muğanlı 52 152 109 261 52 152 109 261 100%
Qırıxlı Muğanlı 18 54 44 98 18 54 44 98 100%
Görarxı 296 1 153 940 2 093 296 1 153 940 2 093 100%
Görarxı 231 894 741 1 635 231 894 741 1 635 100%
İvanbəyli 65 259 199 458 65 259 199 458 100%
Dəmirçihəsənli 451 1 738 1 201 2 939 451 1 738 1 201 2 939 100%
  1. Словари и энциклопедии на Академике: Массальский В. М.[rus.]. Борчалинский уезд  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  2. Yuxarıda get: 1 2 3 Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Пространство и население, стр. 130
  3. Yuxarıda get: 1 2 Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., стр. 42
  4. Yuxarıda get: 1 2 Народный Комиссариат Внутренних дел. Статистический отдел. Москва. 1926. Территориальное и административное деление Союза ССР на 1 января 1926 года.,стр. 196
  5. Большая Советская Энциклопедия. Первое издание. Том седьмой. Больница - Буковина. Москва, 31 августа 1927 года, стр. 200
  6. Тифлис, Канцелярии Наместника Кавказского. 1850. "Кавказский календарь на 1851 год", стр. 82
  7. Адольф Петрович Берже. Акты, собранные Кавказской Археографической комиссией.
  8. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Борчалинский уезд - вес Arxivləşdirilib 2012-08-29 at the Wayback Machine-Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905
  9. Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Пространство и население Кавказского края к 1-му января 1915 г., 42-45 стр.
  10. digər Avropa xalqları


Tiflis quberniyasının qəzaları

TiflisBorçalıQoriZaqatalaDuşetiTelaviSığnaqTionetAxalkələkAxalsıx