Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Şəhər | |
Dağ Arıxlı | |
---|---|
დაგარახლო | |
41°22′58″ şm. e. 44°09′34″ ş. u.HGYO | |
Ölkə | |
Mxare | Aşağı Kartli |
Rayon | Başkeçid |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.460 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1710[2] |
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir.[4]
"Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir.[4] Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir.[4]
Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və məktəbdə 97 şagird təhsil almaqdadır.[4]