Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[3]
Qəmərli | |
---|---|
კამარლო | |
41°20′55″ şm. e. 44°08′16″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1926 |
Mərkəzin hündürlüyü | 1.390 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1708[2] |
Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir.[4]
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir.[4] Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.
Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və burada 109 şagird təhsil alır.[4]