Röyal Nəsirov
Röyal Nəsirov | |
---|---|
Röyal İmran oğlu Nəsirov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 mart 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2016 (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri |
Röyal İmran oğlu Nəsirov (16 mart 1997, Cəlilabad rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Həyatı[redaktə | mənbəni redaktə et]
Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- 16 martda doğulanlar
- 1997-ci ildə doğulanlar
- Cəlilabad rayonunda doğulanlar
- 2 apreldə vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 19 yaşında vəfat edənlər
- Tərtərdə vəfat edənlər
- Cəlilabad rayonunda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Aprel döyüşlərində həlak olanlar
- "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər