Məlikqasımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Məlikqasımlı | |
---|---|
39°13′21″ şm. e. 48°12′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 391 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1784 (2009) nəfər |
Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində beş qoldan ibarət olmuş pirembel tayfasının məlikqasmılı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1784 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.