Weg

der; -(e)s, -e 1. yol; (Straße) caddə; güzar; (Pfad) cığır; 2. fig. üsul, vasitə, yol; əda; nach dem ~ fragen yolu soruşmaq; sich auf den ~ machen yola düşmək; auf friedlichem ~e sülh (barış) yolu ilə; aus dem ~e gehen 1. yol vermək (D/); 2. -dən çəkinmək, geri durmaq; aus dem ~ räumen aradan qaldırmaq, yolundan götürmək; auf dem ~e yolüstü; auf e-n falschen ~ leiten azdırmaq; auf dem ~ stehen yol üstündə (üstdə) durmaq; im ~ stehen əngəl olmaq; s-e eigenen ~e gehen öz yolunu (yolundan) getmək
weder
weg
OBASTAN VİKİ
Lenins Weg
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Alfred Wegener
Alfred Lothar Vegener (1 noyabr 1880 Berlin, 1930 noyabr Qrenlandiya) — alman geoloq və meteoroloqu. Astronomiya, meteorologiya, geologiya sahələrində çalışmışdır. Materiklərin dreyfi nəzəriyyəsini irəli sürmüşdür. Vegener bu mövzu haqda ilk fikirlərini 1912-ci ildə söyləmişdir. "Qitə və okeanların mənşəyi" əsərini 1915-ci ildə çap etdirmişdir. Vegener bu əsərində bütün qitələrin əvvəllər Pangeya adı altında birləşdiyini, sonradan parçalanıb dağılaraq hazırkı yerini tutduğunu yazmışdır. Berlində doğulan Vegener 1904-cü ildə astronomiya sahəsində doktorluq dərəcəsi aldı. Bundan başqa geologiya, meteorologiya, klimatologiya sahələrilə maraqlandı. Hava səyahətlərini izləyə bilmək üçün hava şarlarının istifadəsinə rəhbərlik etdi. 1930-cu ildə Qrenlandiyaya tədqiqat məqsədi ilə getdiyi səyahət vaxtı öldü.
Krauss-Maffei Wegmann
Krauss-Maffei Wegmann GmbH & Co KG və ya qısaca Krauss-Maffei, mərkəzi Almaniyada olan inyeksiyalı presləmə üsulu ilə istehsal həyata keçirən silah fabrikidir. Lokomotiv, top, tank, rels və zirehli maşın istehsal edir. İstehsalları arasında ən məşhur texnika Leopard 2 tankıdır.

Digər lüğətlərdə