Alfred Wegener
Alfred Lothar Vegener (1 noyabr 1880 Berlin, 1930 noyabr Qrenlandiya) — alman geoloq və meteoroloqu.
Astronomiya, meteorologiya, geologiya sahələrində çalışmışdır. Materiklərin dreyfi nəzəriyyəsini irəli sürmüşdür. Vegener bu mövzu haqda ilk fikirlərini 1912-ci ildə söyləmişdir. "Qitə və okeanların mənşəyi" əsərini 1915-ci ildə çap etdirmişdir. Vegener bu əsərində bütün qitələrin əvvəllər Pangeya adı altında birləşdiyini, sonradan parçalanıb dağılaraq hazırkı yerini tutduğunu yazmışdır.
== Həyatı ==
Berlində doğulan Vegener 1904-cü ildə astronomiya sahəsində doktorluq dərəcəsi aldı. Bundan başqa geologiya, meteorologiya, klimatologiya sahələrilə maraqlandı. Hava səyahətlərini izləyə bilmək üçün hava şarlarının istifadəsinə rəhbərlik etdi. 1930-cu ildə Qrenlandiyaya tədqiqat məqsədi ilə getdiyi səyahət vaxtı öldü.