Zardaxaç — Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zardaxaç kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.
Zardaxaç | |
---|---|
40°09′21″ şm. e. 46°28′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 984 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əsli Zardaxaç olan oykonim zard (fars "sarı") və xad sözlerindən düzəlib (-a bitişdirici saitdir), "qızıl xaç" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.[4]
Zardaxaç kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zardaxaç kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[5]
Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.