Xatınbəyli — Azərbaycan Respublikasının Ağdərə rayonunun Xatınbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Xatınbəyli kənd Soveti yaradılmış və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[3] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xatınbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xatınbəyli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Xatınbəyli | |
---|---|
40°06′ şm. e. 46°44′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 02 |
Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]