Ağabəyyalı

Ağabəyyalı (əvvəlki adı: Ağabəyəlinc (1933), Ağabəyəlenc (1979)) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağabəyyalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Ağabəyyalı
40°12′45″ şm. e. 46°47′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 557 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ağabəyyalı xəritədə
Ağabəyyalı
Ağabəyyalı

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağabəyələnc kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Ağabəyəlenc kəndi Ağabəyyalı kəndi adlandırılmışdır.[3] Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağabəyyalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Oykonim ağabəy (ağabəyli etn.-nin qısaldılmış forması), −3 (bitişdirici sait) və linc/lənc (tat dilində "ətək, yer, yüksəklik") sözlərindən düzəlib, "ağabəylilərə məxsus yüksəklik" deməkdir. Kəndin adı XIX əsrdə Ağabəyyal kimi qeydə alınmışdır. Toponimin ikinci komponentinin lənc sözü ilə əvəz olunması XIX əsrin əvvəllərində İrandan gəlmə erməni ailələrinin həmin ərazidə məskunlaşması ilə əlaqədardır.[5]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. Ağabəyyalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.