Göyarx

Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]

Göyarx
40°19′00″ şm. e. 46°48′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Göyarx xəritədə
Göyarx
Göyarx

Kənd Qarabağ düzündə[3], dağətəyi ərazidə yerləşir[4].

Kəndi XIX əsrin ikinci yarısında indiki Goranboy rayonunun Rus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir.[3]

Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun tərkibində idi və adı Levonarx idi[5]. DQMV-ndə separatçılıq baş qaldırılandan[6] sonra Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi 26 noyabr 1991-ci il tarixli qanun ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu, Mardakert rayonunun isə adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı[7].

Birinci Qarabağ müharibəsi zamanı kənd 1992-ci ildə işğal olunmuş[8], amma Ağdərə əməliyyatı nəticəsində Azərbaycan qoşunları kəndi 30 iyun 1992-ci il tarixində işğaldan azad etmişdilər[9].

Azərbaycan Respublikasının Milli Məclisinin 25 avqust 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi[10]. Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə isə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, TərtərKəlbəcər rayonları arasında bölüşdürüldü[11]. Bununla, kənd Tərtər rayonunun tərkibində yerləşmiş oldu[12][13]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]

22-25 aprel 1994-cü il tarixində kənd yenidən işğal olundu[14] və bununla Ermənistan Respublikası Silahlı Qüvvələri işğalına düşdü. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, 9-10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanata əsasən, kənd Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Göyarx kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır[15].

5 dekabr 2023-cü il tarixli qanunla kənd yenidən yaradılmış Ağdərə rayonunun tərkibinə daxil edilib.[16]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. 1 2 Göyarx // AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 207. ISBN ISBN: 978-9952-34-155-3.
  4. "Жительница молоканского села в Карабахе Елена Тимофеева: Мы вернемся и все возродим, все заново построим | Общественная жизнь". moscow-baku.ru. 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-15.
  5. Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.
  6. "Декларация о провозглашении Нагорно-Карабахской Республики". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-03.
  7. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  8. "Жительница молоканского села в Карабахе Елена Тимофеева: Мы вернемся и все возродим, все заново построим | Общественная жизнь". moscow-baku.ru. 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-15.
  9. "Ağdərə əməliyyatı – Azlogos" (az.). 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  10. "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 25 avqust 1992-ci il. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  11. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
  12. "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019" (PDF). Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 95.
  13. "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019" (PDF). Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. 2020. 95. 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-30.
  14. top-center.org. "Ağdərə əməliyyatı (Talış-Madagiz cəbhəsi)". top-center.org (az.). 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  15. "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
  16. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.