Qazançı[1][2][3] — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd.[4] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[5] 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]
Kənd | |
Qazançı | |
---|---|
40°03′59″ şm. e. 46°44′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdərə rayonu |
Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir.
Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir. Şimali Qafqazda yaşayan noqaylarda Kazakçı, Kapan və Çur tayfalarının olması göstərir ki, bulqarların müəyyən hissəsi Şimali Qafqazda məskunlaşmışdır.[7]
Qarabağ müharibəsinin başlanğıcında kənd ermənilərin nəzarəti altına keçsə də, 1993-cü ilin mart ayında Azərbaycan ordusunun həyata keçirdiyi Qazançı əməliyyatı nəticəsində kənd işğaldan azad edildi.[8] Lakin 1993-cü ilin yay hücumu zamanı ermənilər kəndi yenidən işğal etdilər.
Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 20 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.