Mələk Əhməd Paşa

Mələk Əhməd Paşa (osman. ميليك أحمد باشا, türk. Melek Ahmet Paşa; d. 1585, İstanbul, Osmanlı imperiyası — ö. 1 sentyabr 1662, İstanbul, Osmanlı imperiyası) — IV Mehmed dövründə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.

Mələk Əhməd paşa
osman. ميليك أحمد باشا
türk. Melek Ahmet Paşa
5 avqust 1650 – 6 noyabr 1651
ƏvvəlkiQara Div Murad Paşa
SonrakıSiyavuş Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1585
Vəfat tarixi 1662
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları Əsməhan Qaya Sultan
Fatma Sultan
Dini islam

İstanbulun Bəyoğlu rayonunun Fındıqlı səmtində dünyaya gəlmişdir. Bioqrafiyası anasının qohumlarından olan və 21 il xidmət etdiyi Övliya Çələbinin Səyahətnamə əsərində verilmişdir. Dağıstan abxazlarından olan atası müxtəlif səfərlərə qatıldığı Özdəmir Paşa və oğlu Osman Paşanın qapıçılar kəndxudası olmuşdur. Ənənəyə görə, 3 yaşında süd anasının yanına göndərilmiş, bu əsnada saraya hədiyyə edilmişdir. Sultan Əhməd ona Mələk təxəllüsü verərək yetişdirilməsi üzrə Darüssəadə ağası Hacı Mustafa ağaya göndərdi.

IV Murad dövründə has oda sinifinə alınan Mələk Əhməd ağa padşahın müsahibi, rikabdarı və çuxadarı oldu. IV Muradın Bağdad səfərinə qatılaraq 3-11 sentyabr 1638 tarixlərində Diyarbəkirdə silahdar oldu. Bağdadın fəthindən sonra 2 yanvar 1639 tarixində vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin olundu. Səfəviləri sülhə məcbur etmək üçün Həmədana irəliləyən sədrəzəm Qara Mustafa Paşa ilə birlikdə yola çıxan Mələk Əhməd Paşa Qəsri-Şirin sülhündən sonra ehtiyat qüvvələrlə Mosulda qaldı.

14 oktyabr 1640 tarixində Hələb bəylərbəyi seçildi, ardından Dəməşq bəylərbəyiliyinə gətirildi (4 iyul 164218 sentyabr 1643). Validə Kösəm Sultanın istəyilə IV Muradın qızı Əsməhan Qaya Sultanla evləndirilməsi üçün İstanbula çağırılmış və qübbə vəziri elan olunmuşdur. Ardından 23 may 1644 tarixində Anadolu bəylərbəyi seçildi və 10 sentyabrda Əsməhan Qaya Sultanla evləndirildi. 4 mart20 iyul tarixlərində Diyarbəkir bəylərbəyliyinə gətirilsə də, ardından yenidən Anadolu bəylərbəyi seçildi. Bu vəzifədə ikən Rumelidən mühasirədə olan Krit adasına hərbi sursat daşımaqla vəzifələndirilmişdir. Bir müddət Bozca ada mühafizəsi ilə məşğul olan Əhməd Paşa ardından Diyarbəkir bəylərbəyi təyin edildi (17 sentyabr 1646). IV Mehmedin taxta çıxışı ilə Bağdada göndərildi. Burada yeniçərilərin və bəzi yerli bədəvilərin yaratdığı ixtişaşları önləyərək xalqın sevgisini qazanmışdır.

Mələk Əhməd Paşa 25 noyabr 1649 tarixində vəzifədən alınaraq İstanbula geri döndü və dördüncü vəzir olaraq divana girdi. 1 avqust 1650 tarixində yenidən Bağdad əyalətinə rəhbər seçilsə də, Qara Murad Paşanın istehfa verməsi və yerinə Mələk Əhməd Paşanı məsləhət görməsi nəticəsində sədarətə gətirildi. 11 yaşındakı padşahın anası Validə Turhan Sultan və nənəsi Böyük validə Kösəm Sultan yeniçəri ağaları ilə birlikdə dövlət işlərinə müdaxilə edirdilər. Bu vəziyyətdə Mələk Əhməd Paşa dövlət işlərinə müdaxilə edilməməsi barədə bir fərman tələb edərək vəzifəni qəbul etdi. Qapıqulu əsgərlərinin yığılıb qalan maaşlarını ödəyib, öz gəlirlərinin bir qismini dövlət xəzinəsinə yönləndirdi. Baş dəftərdar Zurnazən Mustafa Paşanı paytaxtdan uzaqlaşdırdı. Nəticədə yeniçərilərin nifrətini qazandı. Şeyxülislam Bahai Mehmed Əfəndinin İngiltərə elçisi ilə yaşadığı hadisədə yeniçərilərinBöyük validənin tərəfini saxladı.

Sədarəti əsnasında venesiyalılarla davam edən müharibədə Midilliyə çəkilən kaptan-ı dəryanın yerinə gətirdiyi Rodos bəyi Hüsambəyzadə idarəsindəki donanmaya dəstək göndərərək Krit adasına göndərdi. 1 fevral 1651 tarixində divana gələn Avstriya-Macarıstan elçisi ilə sülh müqaviləsini yenilədi. Yenidən inşa edilərək 150-180 sayda gəmiylə yola çıxan donanmanın Naksos və Paros adaları yaxınlığında Venesiya donanmasına məğlub olmasının ardından 10 iyul 1651 tarixində istehfa etdi. Ancaq bu istehfası qəbul edilmədi.

Sədrəzəmin maliyyə problemlərini həll etmək üçün bəzi əlavə vergi qoyması, təyinatlardan alınan məbləğlərin xəzinəyə yönləndirilməsi kimi fəaliyyətləri bəzilərinin etirazlarına səbəb olmuşdu. Dəftərdar Əmir Paşanın təklifi ilə yürütdüyü pul islahatlarından narazı qalan 10-20 min sayda əhali 21 avqust 1651 tarixində şeyxülislam Qaraçələbizadə Əbdüləziz Əfəndini də aralarına alaraq saraya yürüdü. Yeniçərilərin dəstəyini almasına baxmayaraq Mələk Əhməd Paşa vəzifəsindən istehfa etdi və Böyük validə Kösəm Sultanın himayəsində Özi sancaqbəyi təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı (6 noyabr 1651).

Çox keçmədən 1652-ci ilin sentyabrında Rumeli bəylərbəyi təyin olundu. Sədrəzəm Dərviş Mehmed Paşanın dəvəti və əsasən, xəstəliyi səbəbilə paytaxta çağırılaraq ikinci vəzir rütbəsiylə divana alındı (17 may 1653). Sədrəzəmqübbə vəzirlərinin Mələk Əhməd Paşanı köşkündə ziyarət etməsi bir mənada, Kösəm Sultandan qalan bir ənənə olmuşdu. İflic olan sədrəzəmin vəzifədən alınmasının ardından Mələk Əhməd Paşaya sədarət təklif olunsa da, bu təklifi qəbul etməmiş, əksinə özünün yerinə Hələb bəylərbəyi İbşir Mustafa Paşanı məsləhət görmüşdür. Özü isə sədarət naibi olmağı qəbul etmişdir. Uzun müddət bu vəzifədə qalan Mələk Əhməd Paşa sarayın güclü dəstəyi olmasına baxmayaraq bir daha sədarət namizədi olmadı. Təyin olunduqdan 123 gün sonra İstanbula gələn İbşir Mustafa Paşa, onu və bəzi dövlət adamlarını Üsküdarda öz adamlarına əsir verərək İstanbula gəlmiş, ardından ikinci dəfə İstanbula gələndə Mələk Əhməd Paşanı Van bəylərbəyi təyin etmişdir (27 fevral 1655). Dərhal paytaxtdan uzaqlaşdırılan Əhməd Paşanın bəzi əmlaklarına əl qoyuldu və ən yaxın adamları edam edildi. Sabiq bir sədrəzəmin Van bəylərbəyi seçilməsini özünə təhqir hesab edən Mələk Əhməd Paşaya çox keçmədən şərq sərdarı ünvanı verildi.

Mələk Əhməd Paşa Qara Murad Paşanın ikinci sədarətindəVan bəylərbəyliyində qaldı. Ancaq sədarəti ələ alan Siyavuş Paşa  onun mütləq şəkildə paytaxtda olmasını tələb etmiş və nəticədə Mələk Əhməd Paşa İstanbula çağırılmışdır (1 yanvar 1656). İstanbulda qübbə vəziri olarkən, Boynuyaralı Mehmed Paşanın tələbi ilə 26 iyul 1656 tarixində Özi sancaqbəyi seçildi və Körpülü Mehmed Paşanın sədarətinə qədər burada qaldı. 26 may 1657 tarixində Lehistana edilən səfərə Silistrə bəylərbəyi olaraq qatıldı. Krım xanıyla birlikdə döyüşən Mələk Əhməd Paşanın kəndxudası Yusif ağa isə kazakların işğal etdiyi Özi qalasını ələ keçirmişdi. Əvəzinə başqası təyin olunduğundan 7 yanvar 1658 tarixində İstanbula geri döndü və 6-20 may 1658 tarixlərində sədarət naibi seçildi. Xanımı Əsməhan Qaya Sultanın, qızı Fatmanın doğuşu əsnasında vəfat etməsilə ağır zərbə aldı. Bundan 20 gün sonra təyin olunduğu Bosniya əyalətinə 15 mart 1659 tarixində yola düşdü.

15 noyabr 1660 tarixində Rumeli bəylərbəyi olan Mələk Əhməd Paşanın vəzifəsi Transilvaniyaya tərib olunan səfərdə ordunun mühafizəsi idi. Bu səfərdə ikən Körpülü Mehmed Paşanın tövsiyəsilə I Əhmədin qızı Fatma Sultana namizəd seçildi və 29 aprel 1662 tarixində İstanbulda evləndirildi. Bu evlilikdə istəksiz olan Mələk Əhməd Paşa çox keçmədən 1 sentyabr 1662 tarixində vəbadan vəfat etdi. Cənazə namazı Aya Sofiya məscidində qılınan Mələk Əhməd Paşanın cənazəsi vəsiyyətinə görə, müəlliminin yanına dəfn olundu. Sultanzadə İbrahim bəy adlı bir oğlu və qızları olduğu bilinir.

  • BA, Bâb-ı Defterî-Teşrîfat Kalemi, nr. 26020, s. 1-11;
  • BA, D. BŞM, Matbah Emîni / Matbah-ı Âmire, nr. 10524, s. 6;
  • BA, Bâb-ı Âsafî-Sadâret Mektûbî Kalemi, dosya nr. 1/48, 1/52;
  • BA, Ali Emîrî - IV. Mehmed, nr. 9439;
  • BA, İbnülemin-Bahriye, nr. 369;
  • BA, Cevdet-Maârif, nr. 8266;
  • Dördüncü Murad’ın Bağdat Seferi Menzilnâmesi: Bağdat Seferi Harp Jurnalı (nşr. Halil Sahillioğlu, TTK Belgeler, II/3-4 [1965] içinde), s. 13, 22, 29;
  • Topçular Kâtibi Abdülkadir Efendi Târihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 1099, 1109, 1112-1113, 1115, 1125-1127, 1142, 1147, 1149, 1169, 1171, 1177;
  • Kâtib Çelebi, Fezleke, Âtıf Efendi Ktp., nr. 1914, vr. 244a, 248b, 250a, 273a, 294b, 295a-298b, 305b-306b;
  • Karaçelebizâde Abdülaziz Efendi, Târîh-i Feth-i Revân ve Bağdâd: Zafernâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2086/3, vr. 84b, 106b-107a;
  • a.mlf., Ravzatü’l-ebrâr, Süleymaniye Ktp., Pertev Paşa, nr. 485, vr. 224a, 225a, 230b, 235a, 236a-b, 239a, 240b, 261a, 265a-b, 274a, 275a, 278b, 280b, 281b, 282b, 285a, 305b, 307b, 316a-b, 320a, 346a, 350a;
  • Karaçelebizâde Abdülaziz Efendi’nin Zeyl-i Ravzatü’l-ebrâr’ı (haz. Nevzat Kaya, doktora tezi, 1990), İÜ Sosyal Bilimler Enstitüsü, vr. 6a-b, 13a, 27b-28b, 36b, 40b, 42a, 45a, 78b, 84a, 98b, 102a-b, 104b, 149b;
  • Solakzâde Mehmed, Târih, TSMK, III. Ahmed, nr. 3078, vr. 472a-475a, 479b-480a;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (haz. Ertuğrul Oral, doktora tezi, 2000), metin: s. 20-21;
  • Vecîhî Hasan, Târih (haz. Ziya Akkaya, doktora tezi, 1957), AÜ DTCF, vr. 9a, 34b-37a, 38a, 42b-43a, 68a, 75a;
  • Abdurrahman Hibrî Efendi, Defter-i Ahbâr fî sahîhi’l-âsâr, İÜ Ktp., TY, nr. 3648, vr. 52b-53a, 108b;
  • Evliyâ Çelebi, Seyâhatnâme, VIII, 55, 90, 479;
  • Abdurrahman Abdi Paşa Vekāyi‘nâmesi (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, vr. 8b-11a, 16a, 19b, 22a-23b, 50a;
  • Hatîb Mustafa, Risâle, TSMK, Emanet Hazinesi, nr. 1400, vr. 4b-5b;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 679, 697-700, 706-707, 727;
  • Naîmâ, Târih, V, 3, 16, 34, 37, 45, 61-63, 72-73, 102, 149, 151, 167-168, 172, 182, 229, 322, 341, 396, 444, 445, 447;
  • Silâhdar, Târih, I, 5-8, 53, 144, 178, 193, 204, 207, 256-257;
  • Nazmîzâde Murtaza Efendi, Gülşen-i Hulefâ, İstanbul 1143, s. 83a-84a;
  • Hadîkatü’l-vüzerâ, I, 91-93;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 153, 585, 587, 600; Îsâzâde Târîhi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 6, 12, 14-15, 71-72;
  • Nihâdî, Târih, TSMK, Bağdat Köşkü, nr. 219, vr. 153b-155a, 156a-157b, 164b, 170a;
  • Ahmed Resmî, Hamîletü’l-küberâ (haz. Ahmet Nezihi Turan), İstanbul 2000, s. 48-49;
  • Ahmed Resmî Efendi’nin Hamîletü’l-küberâ’sı ve Müstakimzâde Zeyli (haz. Zeynep Aycibin, TTK Belgeler, XXII/26 [2002] içinde), s. 200-201;
  • Hasîb Üsküdarî, Vefeyât-ı Ekâbîr-i İslâmiyye, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 620, vr. 41b;
  • Hüseyin Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘: İstanbul Câmileri ve Diğer Dînî-Sivil Mi‘mârî Yapılar (haz. Ahmed Nezih Galitekin), İstanbul 2001, s. 344-345;
  • Ahmed Câvid, Vefeyât-ı Kibâr, TSMK, Hazine, nr. 1295, vr. 42b-43a;
  • Mecmûa, TSMK, Yeniler, nr. 521, s. 13;
  • Abdüllatif, Âyîne-i Derûn, TSMK, Yeniler, nr. 81, s. 34;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 67, 231, 397-400, 408, 411;
  • M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 51-52, 54-55;
  • R. Dankoff, The Intimate Life of an Ottoman Statesman Melek Ahmed Pasha (1588-1662): As Portrayed in Evliya Çelebi’s Book of Travels (Seyahatname), Albany 1991, s. 3-14, 24-31, 49-57, 196-199, 272-282.