İkinci Göytürk-Sasani müharibəsi — 603/619 cu illərdə Sasanilər ilə Qərbi Göytürklər arasında baş vermiş müharibə idi
Fars-Türk müharibələri | |||
---|---|---|---|
Tarix | 619-cu il | ||
Yeri | Mərkəzi Asiya | ||
Nəticəsi | Göytürk Qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
603/604-cü illərdə Qərbi Göytürk Xaqanlığının və Ağ Hunların Sasanilərin nəzarətində olan İrana hücumu ilə başlayan bir sıra münaqişələr. Müharibə Göktürklərin Sasanilərə qarşı qəti qələbəsi ilə nəticələndi.[1][2][3][4]
603-cü ildə Kuşanlar İranın şərqində üsyana başladılar. Smbat 12000-dən çox itki versə də, Kuşanları məğlub edə bildi.[5] Bu döyüşdə məğlub olan Kuşanlar “şimal bölgələrinin böyük xanı”ndan kömək istədilər.[6] Bu vaxt Smbat öz qərargahını Nişapurda qurmuşdu[7] və Göytürklər 604-cü ildə Hroxt şəhərinə çatdılar və tezliklə Smbatın qərargahının qarşısında göründülər.[8] Çembuhun komandanlığı altında olan türklər onun qərargahında olan Smbatı mühasirəyə alaraq hücuma keçdilər. Smbat 3 nəfəri ilə döyüşdən qaça bilsə də, onun köməkçisi Datayan öldürüldü.
Sasani ordusunun məğlubiyyətindən sonra türklər İsfahana qədər bütün Şərqi İranı talan etdilər. [9]Lakin böyük xanın əmri ilə Göytürk ordusu 604/605-ci ildə Toles üsyanı münasibəti ilə İran torpaqlarından geri çəkildi. [10]
Göytürk ordusunun geri çəkilməsindən sonra Smbat, üsyançı Kuşanların ərazilərinə yenidən hücum etdi. Bəlxi tutaraq talan etsə də, Baktriyaya girməyə müvəffəq olamadı ve yenidən imperiyanın şərq sərhədlərini gözləməyə başladı.[11]