İsmayıllı dövlət təbiət qoruğu

İsmayıllı Dövlət Təbiət QoruğuBöyük Qafqazın Cənub yamaclarında İsmayıllı rayonunun ərazisində yerləşir. 1981-ci il iyunun 12-də təbii kompleksi qorumaq məqsədilə İsmayıllı yasaqının yerində təşkil olunmuşdur. Sahəsi 5,78 min ha-dır. İki sahədən: dağ (dəniz səthindən 800 – 2250 m hündürdə) ümumi sahənin 96,3%-i və düzənlik (dəniz səthindən 600 – 650 m hündürdə) ümumi sahənin 3,3%-ni təşkil edir. Ərazinin 87%-i meşəlikdir, 4%-i subalp çəmənliyidir. Ərazi çay vadiləri və dağ yamacları vasitəsilə bir neçə sahəyə bölünür. Torpağı qonur – meşə, çürüntülü karbonatlı dağ – meşə və dağ – çəmənlikdir. İqlimi mülayim – istidir. Onun ərazisi Baş Qafqaz dağlarının Cənub yamacının mərkəz hissində, təbiət abidələrinin və faunanın mühafizəsi sahəsini əhatə edir. 1969-cu ilə qədər qoruğun yerində İsmayıllı yasaqlığı fəaliyyət göstərmişdir. Qoruğun sahəsi 5778-ha bərabərdir. 2003-cü ildən qoruğun ərazisi genişləndirərək 1674 ha çatmışdır. Dəniz səviyyəsindən 800–2250 m yüksəklikdə yerləşir. Qoruqda 170 -dən dən çox heyvan və quşlar mühafizə olunur.[1]

İsmayıllı Dövlət Təbiət Qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 5,78 min ha
Mütləq hündürlüyü 800 – 2250 m
Yaradılma tarixi 12 iyun 1981
İdarəetmə orqanı AETSN
Florası Palıd, vələs, fıstıq, göyrüş, ağcaqayın, qaracöhrə
Faunası Qonur ayı, köpkər, yazıpişiyi
Yerləşməsi
40°58′00″ şm. e. 48°06′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
İsmayıllı Dövlət Təbiət Qoruğu xəritədə
İsmayıllı Dövlət Təbiət Qoruğu
İsmayıllı Dövlət Təbiət Qoruğu

Meşələri: palıd, vələs, fıstıq, göyrüş, ağcaqayın, qaracöhrə və s. ibarətdir.

Faunada – 40 növ məməlilər, 17 növ sürünənlər, 6 növ amfibiya, 4 növ balıq və 104 növ quşlar mövcuddur. Quşlardan – toğlugötürən quş, Qafqaz tetrası, qartal, qırğı dimdikli tetraçalan, məməlilərdən – qonur ayı, köpkər, yazıpişiyi, balıqlardan – çay xallı balığı Azərbaycanın Qırmızı kitabına salınmışlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixdə 115 N-li qərarına əsasən: "İsmailli dövlət təbii qoruğunun ərazisinin genişləndirilməsi barədə 10962 hektardan 16740 hektaracan çatdırılmışdır."

  1. Məzahir Təhməzov. Ensiklopedik məlumatlar. Toponimlər fotoşəkillər xəritələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]