Estoniya Futbol Assosiasiyası

Estoniya Futbol Assosiasiyası (est. Eesti Jalgpalli Liit) — Estoniyada futbol, çimərlik futbolu və futzal üzrə idarəetmə orqanı. Mərkəzi ofisi Tallin şəhərində yerləşir.

Estoniya Futbol Assosiasiyası
UEFA
Yarannma tarixi 1921
FİFA üzvlüyü 1923
UEFA üzvlüyü 1992
Prezident Aivar Pohlak
Vebsayt http://jalgpall.ee

1923-cü ildən FİFA-nın, 1992-ci ildən isə UEFA-nın üzvüdür.

Estoniya Futbol Assosiasiyası 14 dekabr 1921-ci ildə yaradılıb.[1] 14 dekabr 1921-ci ildə Estoniya Futbol Assosiasiyasının təsis yığıncağında, Estoniyada fəaliyyət göstərən üç idman cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bunlar "Kalev"dən Bernard Abrams, Karl Akel və Vilyam Fiskar, "Tallinn Yalgpalli Klubi" klubundan Julius Reynans, Oskar Raudsep və Otto Silber, "Tallinna VS Sport" futbol klubundan Hans Roost, Verner Eklöf və Vladimir Tell olur.[2][3]

1922-ci ilin yayında Estoniya Futbol Assosiasiyası FİFA-ya rəsmi ərizə göndərdi. 1 noyabr 1922-ci ildə FİFA Estoniya Futbol Assosiasiyasını ilkin olaraq tanıdı və 1923-cü ildə Cenevrə Konqresində Estoniya FİFA-ya üzv qəbul edildi. O zaman 20 ölkə FİFA üzvü idi. 1924-cü ildə Estoniya Futbol Assosiasiyasının nümayəndələri artıq səsvermə hüququna malik olaraq Parisdə keçirilən FIFA Konqresində iştirak etdilər. Estoniyadan Uilyam Fiskar, Aleksander Lugenberg, Otto Silber, Bernhard Rein və Harald Kaarmann 27 ölkədən olan 76 nümayəndə arasında idi.

1945-ci ildə Estoniyanın SSRİ-yə daxil olmasından sonra fəaliyyəti dondurulub və Estoniyanın müstəqillik qazanmasından sonra, 1992-ci ildə fəaliyyəti bərpa edilir.

1997-ci ildə Estoniya Futbol Assosiasiyası Estoniya İdman Mərkəzi İttifaqından çıxır.[4]

2017-ci ildə FİFA Bosniya və Herseqovina azarkeşlərinin meydançaya yanan material atması ilə bağlı Estoniya Futbol Federasiyasını 30 min İsveçrə frankı (26 min avro) məbləğində cərimələmiş və onlara xəbərdarlıq etmişdi.[5]

Birlik milli futbol komandalarının, o cümlədən əsas milli komandanın fəaliyyətini təşkil edir və onlara rəhbərlik edir.

Estoniya Futbol Assosiasiyası Estoniyanın ən böyük idman birliyidir, 30-dan çox tam ştatlı işçisi var və 10.000-ə yaxın qeydiyyatdan keçmiş oyunçunu bir araya gətirir.[6]

Assosiasiyanın himayəsi altında futbol üzrə Estoniyanın yüksək liqası olan Meistrilige, futbol üzrə Estoniyanın ikinci liqası olan Esilige, Estoniya kuboku və Estoniya Superkuboku uğrunda yarışlar keçirilir.

Təşkil etdiyi futbol yarışları

[redaktə | mənbəni redaktə et]

Kişi

  • Meistriliiga
  • Esiliiga
  • Esiliiga B
  • II liqa (2 qrup, 28 komanda)
  • III liqa (4 qrup, 28 komanda)
  • IV Liqa (6 qrup, 40 komanda)
  • Estoniya Kuboku
  • Estoniya Superkuboku
  • Kiçik Estoniya Kuboku
  1. "Eesti Jalgpalli Liidu põhikiri" (PDF). jalgpall.ee (eston). EJL. səh. 5. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 aprel 2023.
  2. Koik, Lembit, redaktorJalgpall. Minevikust tänapäevani (eesti). Tallinn: Eesti Raamat. 1970. səh. 26.
  3. "Eesti Jalgpalli Liidu asutamisest möödus 95 aastat". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  4. Schwede, Indrek 2001. Väike jalgpallipiibel. Lk 97.
  5. "Estonian Football Association fined over actions of Bosnia fans". 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  6. Eesti Jalgpalli Liit tähistab 88. sünnipäeva Arxivləşdirilib 2016-09-14 at the Wayback Machine, Eesti Jalgpalli Liidu pressiteade, 14 dekabr 2009