Moldova Futbol Federasiyası

Moldova Futbol Federasiyası (rum. Federaţia Moldovenească de Fotbal) — Moldovada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşir.

Moldova Futbol Federasiyası
UEFA
Yarannma tarixi 1990
FİFA üzvlüyü 1994
UEFA üzvlüyü 1993
Prezident Leonid Oleiniçenko
Vebsayt http://www.fmf.md/

Hazırkı prezident Leonid Oleiniçenkodur.

1990-cı ildə yaradılmışdır. 1993-cü ildən UEFA-nın, 1994-cü ildən isə FİFA-nın üzvüdür.

2016-cı ilin oktyabrında UEFA-nın dəstəyi ilə hazırlanmış federasiyanın emblemi yenilənib. O, əsas elementi olan qalxan formasını saxlayır — cəsarət, qələbə və gücü simvolizə edən, rənglənmiş qartalla tamamlanan top və Moldovanın gerbinə istinad edir.[1][2]

Federasiyanın himayəsi altında futbol üzrə Moldova çempionatı, futbol üzrə Moldova kuboku və futbol üzrə Moldova Superkuboku keçirilir. Assosiasiya ölkənin əsas komandasının da daxil olduğu milli futbol komandalarının fəaliyyətini və idarə olunmasını təşkil edir.

  1. "Федерация футбола Молдовы изменила свою эмблему". moldfootball.com. 2016-10-28. 28 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2023.
  2. "Comunicat". fmf.md. 28 oktyabr 2016. 28 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2023.