Slovakiya Futbol Assosiasiyası

Slovakiya Futbol Assosiasiyası (slovak. Slovenský futbalový zväz) — Slovakiyada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşir.

Slovakiya Futbol Assosiasiyası
UEFA
Yarannma tarixi 4 noyabr 1938
FİFA üzvlüyü 1994
UEFA üzvlüyü 1993
Prezident Jan Kovaçík
Vebsayt https://www.futbalsfz.sk/

4 noyabr 1938-ci ildə təsis edilib və ilk olaraq 1939-cu ildə FİFA-ya üzv olur, lakin ikinci Dünya Müharibəsindən sonra Çexiya və Slovakiya birləşdiyi üçun, bu ölkələrin futbol federasiyaları və milli komandalar da birləşir. Çexoslovakiyanın parçalanmasından sonra təşkilat yenidən təşkil edilir. Slovakiya Futbol Assosiasiyası 1993-cü ildə Avropanın idarəetmə orqanı olan UEFA-ya, 1994-cü ildə isə yenidən FİFA-ya qoşulur.[1]

Slovakiya Futbol Assosiasiyası Slovakiya milli futbol komandasını, həmçinin 21 yaşadək, 19 yaşadək, 18 yaşadək, 17 yaşadək, 16 yaşadək və 15 yaşadək kişi gənclər komandalarını idarə edir. Bundan əlavə, Slovakiya qadınlardan ibarət milli futbol komandasını da təşkil edir.

Slovakiya Futbol Assosiasiyasının himayəsi altında Futbol üzrə Slovakiya çempionatı, Slovakiya Birinci Liqası, Slovakiya Kuboku və Slovakiya Superkubokunda yarışlar keçirilir.

  1. "Slovakia". uefa.com. 29 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2023.