Ermənistan Futbol Federasiyası (erm. Հայաստանի Ֆուտբոլի Ֆեդերացիա) — Ermənistan futbolunun əas idarəedici orqanı. Mərkəzi ofisi Yerevan şəhərində yerləşir.
Ermənistan Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 18 yanvar 1992 |
FİFA üzvlüyü | 1992 |
UEFA üzvlüyü | 1992 |
Prezident | Armen Melikbekyan |
Vebsayt | http://www.ffa.am |
Ermənistanın rəsmi futbol tarixi 1990-cı illərin əvvəllərində başlayıb, lakin onun idmanla bağlı ənənələri daha qədimlərə gedib çıxır. Sovet İttifaqının dağılması və 1991-ci ildə Ermənistanın müstəqilliyini elan etməsi ölkənin siyasi tarixində olduğu kimi idmanın inkişafında da əlamətdar məqamlar olur. Futbol baxımından bu hadisələr 18 yanvar 1992-ci ildə Ermənistan Futbol Federasiyasının yaradılmasına təkan verdi.
Federasiya 1992-ci ildə lazımi qaydada sənədləri topladıqdan sonra, dünya və Avropa futbol idarəetmə orqanlarının, FİFA və UEFA-nın üzvü oldu.[1][2]
Federasiyanın idarə etdiyi Ermənistan Milli komandası 1996-cı il UEFA Avropa Çempionatına vəsiqə uğrunda yarışda debüt etdi. Ermənistan milli komandası rəsmi oyunlara , 1994-cü il sentyabrın 7-də Belçikaya 2:0 hesablı məğlubiyyətlə başlayır. Komanda 6 sentyabr 1995-ci ildə Makedoniyaya 2–1 hesabı ilə qalib gələrək ilk rəsmi qələbəsini qazanır. O vaxtdan bəri Ermənistan AVRO və Dünya Kubokunun seçmə turnirlərində daimi iştirak edir və UEFA Avro 2012-də üçüncü yeri tutmaqla əlamətdar nailiyyət əldə edir.
Federasiya Ermənistan Premyer Liqası, Ermənistan Birinci Liqası, Ermənistan Superkuboku, Ermənistan Müstəqillik Kuboku və Futzal üzrə Ermənistan Premyer Liqasını təşkil edir. O, Ermənistan milli futbol komandasının və Ermənistanın qadınlardan ibarət milli futbol komandasının rəhbərliyini təyin etmək üçün məsuliyyət daşıyır.
Futzal üzrə Ermənistan milli komandası da bu Federasiya tərəfindən idarə olunur.