Belarus Futbol Federasiyası (belar. Беларуская федэрацыя футбола) — Belarus futbolunun əsas idarəedici orqanı. Mərkəzi ofisi Minsk şəhərində yerləşir.
Belarus Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1989 |
FİFA üzvlüyü | 1992 |
UEFA üzvlüyü | 1993 |
Prezident | Nikolay Şerstnev |
Vebsayt | http://www.abff.by |
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra, FİFA və Avropanın futbol üzrə rəhbər orqanı olan UEFA Belarus milli və klub komandalarını müvəqqəti olaraq beynəlxalq yarışlardan kənarlaşdırdı, lakin sonradan bu ləğv edildi və UEFA Belarusa beynəlxalq yarışlara ev sahibliyi etməyi qadağan etdi.[1][2]
Belarus Futbol Federasiyası 1989-cu ildə yaradılıb. 1992-ci ildə federasiya FİFA-ya qoşulur və bunun sayəsində Belarus millisi dünya çempionatında iştirak etmək hüququ qazanır.[3]
1993-cü ildə federasiya UEFA-ya qoşulur və bu Belarus milli komandasının Avropa çempionatında və Belarus klublarının Avropa yarışlarında iştirakına icazə verimləsinə səbəb olur.
2021-ci ilin iyununda UEFA, Blarusda baş verən siyasi vəziyyətə görə Belarus Futbol Federasiyasının himayəsi altında hər hansısa tədbir və yarışların keçirilməsini dayandırır.[4]
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra, Belarusun Rusiyanı dəstəkləməsi səbəbindən FİFA və Avropanın futbol üzrə rəhbər orqanı olan UEFA Belarus milli və klub komandalarını müvəqqəti olaraq beynəlxalq yarışlardan kənarlaşdır, lakin sonradan bu ləğv edilir, ancaq UEFA Belarusa beynəlxalq yarışlara ev sahibliyi etməyi qadağasını qüvvədə saxlayır.
Belarusda futbol və futzal idmanlarının idarəedici orqanıdır. Federasiya Futbol üzrə Belarus Premyer Liqasını, Belarus Birinci Liqası, Belarus Superkuboku və Futzal üzrə Belarus Premyer Liqasını təşkil edir. O, Belarus milli futbol komandasının və Belarus qadınlardan ibarət milli futbol komandasının rəhbərliyini təyin etmək üçün məsuliyyət daşıyır.
Futzal üzrə Belarus milli komandası da bu Federasiya tərəfindən idarə olunur.