Bolqarıstan Futbol İttifaqı (bolq. Български футболен съюз) — Bolqarıstan futbolunun əsas idarəedici orqanı. Mərkəzi ofisi Sofiya şəhərində yerləşir.
Bolqarıstan Futbol İttifaqı | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1923 |
FİFA üzvlüyü | 1924 |
UEFA üzvlüyü | 1954 |
Prezident | Borislav Mixaylov |
Vebsayt | http://www.bfunion.bg |
Bolqarıstan futbolunu idarə etmək üçun ilk təşkilat 1923-cü ildə Bolqarıstan Milli İdman Federasiyasının tərkibində futbol departamenti kimi yaradılmışdır.
1944-cü ildə Bolqarıstanda sosialist rejim yaradıldıqdan sonra ölkədə futbolu idarə edəcək orqan Mərkəzi Futbol Komitəsi adlanmağa başlayır.
1948-ci ildən 1962-ci ilə qədər təşkilat Respublika Futbol Bölməsi adlanır.
1962–1985-ci illərdə isə təşkilat Bolqarıstan Futbol Federasiyası adlandırılır.
27 iyun 1985-ci ildə təşkilatın adı dəyişdirilərək, indiki adı ilə, Bolqarıstan Futbol İttifaqı adlandırılır.
Bolqarıstanda futbol klublarının birliyidir, Bolqarıstan Futbol İttifaqına 44 peşəkar və 490 həvəskar klub daxildir. Birlik ölkədə futbolun inkişafına rəhbərlik edir, rəsmi yarışlar keçirir, futbol klublarının maraqlarını müdafiə edir, Bolqarıstan futbolunu beynəlxalq səviyyədə təmsil edir. Bolqarıstan Futbol İttifaqının əsas məqsədi kütləvi idmanın, o cümlədən gənclər arasında inkişafı, Bolqarıstanın peşəkar futbolunun yüksək səviyyədə saxlanması, futbolçularda yüksək mənəvi keyfiyyətlərin yetişdirilməsidir.
Rəhbəri 2021-ci ildən Borislav Mixaylovdur.[1]
Aşağıdakı yarışları təşkil edir:
Kişi futbolu
Gənclər futbolu
Qadın futbolu