Xorvatiya Futbol Federasiyası (xorv. Hrvatski nogometni savez, HNS) — Xorvatiyada futbolun milli idarəetmə orqanıdır. Mərkəzi ofisi Zaqreb şəhərində yerləşir. 1912-ci ildə yaradılıb.
Xorvatiya Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1912 |
FİFA üzvlüyü |
17 iyul 1941[1] və 3 iyul 1992-ci ildə təkrar |
UEFA üzvlüyü | 16 iyun 1993 |
Prezident | Mariyan Kustiç |
Vebsayt | http://www.hns-cff.hr/ |
1941-ci ildən FİFA-nın, 1993-cü ildən isə UEFA-nın üzvüdür. Federasiyanın hazırkı prezidenti Mariyan Kustiçdir.[2]
Təşkilat öz köklərini Xorvatiyanın Avstriya-Macarıstanın bir hissəsi olduğu vaxt, 8 oktyabr 1909-cu ildə Zaqrebdə yaradılmış Xorvat İdman Federasiyasından (Hrvatski športski savez) götürür. Federasiya ölkədə bütün idman növlərini təşkil edirdi və onun ilk prezidenti "HAŞK" futbol klubunun sədri Hinko Yürth idi. İndiki Federasiya, yaranma tarixini Xorvatiya İdman Federasiyasının futbol bölməsinin yaradıldığı 13 iyun 1912-ci ildən göturur və onun rəhbəri Milovan Zoriçi federasiyanın ilk prezidenti kimi hesab edir.[3]
Birinci Dünya Müharibəsindən və Avstriya-Macarıstanın dağılmasından sonra "Građanski", "HAŞK", "Hayduk Split" və "Concordia" futbol klublarının nümayəndələri 14 aprel 1919-cu ildə Zaqrebdə bir araya gəldilər və Xorvatiyanın varisi olaraq Yuqoslaviya Futbol Assosiasiyasını (Jugoslavenski nogometni savez) qurdular. Təşkilat daha sonra Yuqoslaviya Krallığında futbolun baş idarəedici orqanına çevrildi və əvvəlcə kubok formatında keçirilən ilk ölkə miqyaslı milli yarış olan Yuqoslaviya Birinci Liqasına start verdi. Daha beş regional alt federasiyalar da yaradıldı (Belqrad, Lyublyana, Sarayevo, Split və Subotiça).
1929-cu ildə Zaqreb və Belqrad alt federasiyaları arasında yaranan fikir ayrılıqlarından sonra Yuqoslaviya Futbol Assosiasiyası ləğv edildi. Daha sonra 1930-cu ilin mayında Belqradda yenidən quruldu, bu dəfə serb dilində Fudbalski savez Jugoslavije adı ilə. Belqradda yerləşən assosiasiya daha sonra 1939-cu ilə qədər, Yuqoslaviya Krallığının tərkibində Xorvat Banovinası inzibati bölgə olaraq yaradılana qədər milli liqanın təşkilini davam etdirdi.
6 avqust 1939-cu ildə yeni yaradılmış əyalətdə futbol idarəedici orqan kimi Xorvatiya Futbol Federasiyası (Hrvatski nogometni savez və ya HNS) yaradıldı. Yuqoslaviya Liqasında əsasən Belqrad klublarının iştirakına etiraz edən Xorvatiya və Sloveniya klubları tezliklə Yuqoslaviya Liqasını tərk edərək federasiyanın idarə etdiyi yarışlara qoşulmağa başladılar. Ancaq az sonra, liqada Xorvatiya və Sloveniya klublarının sayının artırılması vədi ilə bu bölünmə aradan qaldırıldı və bu səbəbdən 1939–40 Yuqoslaviya Birinci Liqası mövsümündə qısaldılmış on turlu liqa oynanıldı. 1940-cı ildə Xorvatiya futbol Federasiyası 1940-cı ilin aprel-dekabr ayları arasında dörd beynəlxalq yoldaşlıq oyunu keçirən Xorvatiya milli futbol komandasının ilk oyunlarının təşkilində də iştirak etdi, lakin Xorvatiya o vaxt hələ də Yuqoslaviya əyaləti olduğu üçün federasiya FİFA tərəfindən hələ tanınmamışdı.
1941-ci ilin aprelində Yuqoslaviya Krallığı Berlin-Roma-Tokio oxu dövlətləri tərəfindən işğal edildi və faktiki olaraq ləğv edildi. Bununla belə, Xorvatiya Futbol Federasiyası II Dünya Müharibəsi zamanı nisbi sülh şəraitində yaşayan faşist kukla dövləti olan Müstəqil Xorvatiya Dövlətinin ərazisində Xorvatiya milli futbol liqası adlanan yarışı davam etdirdi. 17 iyul 1941-ci ildə Xorvatiya Futbol Federasiyası Müstəqil Xorvatiya Dövlətinin yüksək səviyyəli federasiyası kimi FİFA-ya qəbul edildi və Müstəqil Xorvatiya Dövlətini təmsil edən milli komanda 1941–1944-cü illərdə on dörd beynəlxalq oyun keçirdi.
İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Xorvatiya Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi oldu və Belqradda yerləşən Yuqoslaviya Futbol Assosiasiyası ölkənin əsas futbol idarəedici orqanına çevrildu. Həmçinin, yeni kommunist hökuməti 1945-ci ildə faşistlər tərəfindən idarə olunan futbol çempionatında iştirak etdiklərinə görə bir cəza növü olaraq, müharibə dövründə fəaliyyət göstərən bütün futbol klublarını faktiki olaraq ləğv edən bir fərman verdi. Onların arasında, Zaqrebdə yerləşən "Concordia", "HAŞK" və "Građanski" kimi güclu klublar fəaliyyətini dayandırdı, əmlakları milliləşdirildi və onların yerini almaq üçün bir neçə başqa klub, xüsusən də Zaqreb Dinamosu yaradıldı. Digər tərəfdən, oyunçuları İkinci Dünya Müharibəsi zamanı İtaliyanın işğalı altında olan vətənləri Split şəhərindən qaçaraq 1944-cü ildə Yuqoslaviya Partizanlarına qoşulduqları üçün "Hayduk Split" klubuna toxunulmadı. Bu səbəbdən, "Hayduk Split" 1911-ci ildə qurulduğu gündən bəri fəaliyyətinə davam edən yeganə böyük Xorvat klubudur.
Xorvatiya Futbol Federasiyası, Xorvatiyada Xorvatiya Futbol Liqasından başlayaraq üçuncu Liqaya qədər bütün futbol yarışlarını, eləcə də futbol üzrə Xorvatiya Kubokunu təşkil.[4] Xorvatiyada, aşağı səviyyəli liqalar isə rayonlararası və region assosiasiyaları tərəfindən keçirili. O, həmçinin kişi, qadın və gənclərdən ibarət milli futbol komandalarının rəhbərliyini təyin etməkdən məsuldur.[4]
Xorvatiya Futbol Federasiyasında 2009-cu ilə qədər 118.316 keçmiş oyunçu (onlardan 650-si peşəkar) və 1.732 futbol və futzal klubu qeydiyyatdan keçmişdir.[5]
Kişi futbolu
Qadın futbolu
Gənclər futbolu
Futzal
Çimərlik futbolu
Xorvatiya Futbol Federasiyası həmçinin bütün yaş səviyyələrində Xorvatiyanı təmsil edən milli futbol komandalarını təşkil edir:
Kişi
Qadın
Futzal
Çimərlik futbolu