Rusiya Futbol İttifaqı (rus. Российский Футбольный Союз) — Rusiya Federasiyasında futbolun rəsmi idarəetmə orqanıdır. Mərkəzi ofisi Moskva şəhərində yerləşir.[1]
Rusiya Futbol İttifaqı | |
---|---|
UEFA | |
Yarannma tarixi | 19 yanvar 1912 |
FİFA üzvlüyü | 1912 |
UEFA üzvlüyü | 1954 (SSRİ olaraq) |
Prezident | Aleksandr Dyukov |
Vebsayt | http://www.rfs.ru/ |
Rusiyada ilk futbol təşkilatı olan Ümumrusiya Futbol İttifaqı (VFS) 19 yanvar 1912-ci ildə yaradılıb və elə həmin il FİFA-ya qəbul olunub. İttifaq Rusiya İmperiyasının müxtəlif ərazilərində olan 52 təşkilatdan ibarət idi. SSRİ yarandıqdan sonra federasiya fəaliyyətini dayandırır.
1934-cü ildə SSRİ ərazisində futbolun idarə edilməsi üçun, Sovet İttifaqının Futbol Seksiyası adı altında yeni təşkilat yaradılır. Onun təşkili SSRİ İdman Mədəniyyəti üzrə Ümumittifaq Şurasının 27 dekabr 1934-cü il tarixli Bəyannaməsinə uyğun baş tutur. Seksiya 1946-cı ildə sovet futbol təşkilatı kimi FİFA-ya, 1954-cü ildə isə UEFA-ya qəbul edilr.
6 may 1959-cu ildə təsis konfransında SSRİ Futbol Federasiyası yaradılır. Sələfləri kimi, SSRİ Futbol Federasiyası da daxili çempionatın təşkili, beynəlxalq əlaqələr və ümumilikdə bütün yerli futbolun inkişafı ilə məşğul olmalı idi. Valentin Qranatkin Federasiyanın ilk sədri seçilir.
Ölkədə futbolun ikili rəhbərliyi ilə əlaqədar 1972-ci ildə SSRİ Futbol Federasiyası yenidən təşkil olunur.
8 fevral 1992-ci ildə, Rusiyanın müstəqil olmasından sonra, Rusiya Futbol Federasiyası yenidən təşkil edilir və Vyaçeslav Koloskov Federasiyanın ilk prezidenti olur.
Rusiya həvəskar və peşəkar futbolunu idarə edir, o cümlədən kişilər, qadınlar, gənclər, çimərlik futbolu, futzal və paralimpiya milli komandalarını təşkil edir.
Aşağıdakı milli komandaları təşkil edir
Bundan əlavə, bir neçə yeniyetmələr komandası və qadınlardan ibarət yeniyetmələr komandası var.