Ukrayna Futbol Assosiasiyası (ukr. Українська асоціація футболу; UFA) — Ukraynada futbolun idarəedici orqanı. 2019-cu ilə qədər o, Ukrayna Futbol Federasiyası (UFF; ukr. Федерація Футболу України) kimi tanınırdı. Beynəlxalq Olimpiya Hərəkatının subyekti kimi UFA Ukrayna Milli Olimpiya Komitəsinin üzvüdür.[1] UAF həmçinin UEFA və FİFA kimi beynəlxalq futbol təşkilatlarının üzvdür.
Ukrayna Futbol Assosiasiyası | |
---|---|
Yarannma tarixi | 6 mart 1991 |
FİFA üzvlüyü | 1992 |
Prezident | Andrey Pavelko |
Vebsayt | uaf.ua |
Ukrayna Futbol Assosiasiyası çimərlik futbolu, mini-futbol, küçə futbolu və s. qeyri-müntəzəm yarışları da daxil olmaqla futbol oyunu ilə bağlı bütün idman tədbirlərini və təşkilatları idarə edir. Onun əsas işinə Ukrayna Peşəkar Liqası, Ukrayna Kuboku, həvəskar futbol yarışları, gənclər arasında (18 yaşadək) yarışlar və Ukrayna Milli Futbol Komandası kimi yarışlar daxildir. O, həmçinin Premyer Liqa və Peşəkar Futbol Liqasının reqlamentini müəyyən edir.
Baş ofisi paytaxt Kiyevdəki "Olimpiyskiy" Milli İdman Kompleksinin yaxınlığında, Futbol Evində yerləşir.
Təşkilat 1991-ci ildə yaradılıb. 1932–1991-ci illər arasında Sovet İttifaqının Futbol Federasiyası, birbaşa sələfi Ukrayna Futbol Federasiyası (Ukrayna SSR) ilə birlikdə mövcud idi. Ukrayna Sovet Federasiyası da öz çempionatını, kubok yarışlarını, həvəskar komandalar (bədən tərbiyəsi kollektivləri) arasında yarışları təşkil edib və SSRİ Xalqlarının Spartakiadası kimi yalnız sovet yarışlarında iştirak edən öz milli komandasına sahib idi.