Bosniya və Herseqovina Futbol Assosiasiyası (bosn. Fudbalski Savez Bosne i Hercegovine) — Bosniya və Herseqovina futbolunun əas idarəedici orqanı. Mərkəzi ofisi Sarayevo şəhərində yerləşir.
Bosniya və Herseqovina Futbol Assosiasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi |
1920 1992 (təkrar) |
FİFA üzvlüyü | 1996 |
UEFA üzvlüyü | 1998 |
Prezident | Vico Zelykoviç |
Vebsayt | https://www.nfsbih.ba |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya futbol assosiasiyası 1920-ci ildə Yuqoslaviyanın Sarayevo futbol assosiasiyası kimi yaradılıb. 1992-ci ildə assosiasiya yenidən Bosniya və Herseqovinanın futbol assosiasiyası kimi bərpa edilib.
Bosniya və Herseqovinada futbol tarixi 1903-cü ildə Sarayevo[1] və 1905-ci ildə Mostar[2] şəhərlərində futbol komandalarının yaranması ilə başlayır. Daha sonra Banya Luka, Tuzla, Zenica və Bihaç kimi digər şəhərlərdədə insanlar futbol oyunu ilə tanış olurlar. 1908-ci ildə, ölkə Avstriya-Macarıstanın hakimiyyəti altında olduğu zaman, futbol üzrə ilk yarışlar keçirilməyə başlayır.[3]
Birinci Dünya Müharibəsi başlayanda Sarayevoda dörd dini və etnik mənsubiyyətinə görə beş klub var idi. Bunlar Bosniya xorvatlarının "SAŞK", Bosniya serblərinə bağlı "Slaviya", bosniyalıların "Đerzelez" (həmçinin Sarajevski kimi tanınır), Bosniya yəhudilərinin "Makabi Sarayevo" (həmçinin Barko kimi tanınır) və çoxmillətli işçi klubu "RŞD Hayduk" klubları idi.[4][5] Sarayevo klubları ilə yanaşı, paytaxtdan kənarda təxminən 20 klub var idi.
1918-ci ildən sonra Yuqoslaviya Krallığının yaradılması liqaların sayının artmasına səbəb oldu və tezliklə Bosniya və Herseqovinadan olan iki komandanın, Banya Luka Futbol Alt Assosiasiyasının və Sarayevo Futbol Alt Assosiasiyasının çempionlarının iştirak etdiyi daxili milli çempionat təşkil edildi. 1920-ci ildə Sarayevo Futbol Assosiasiyasının sələfi kimi Bosniya-Hersoqovina Futbol Assosiasiyası təsis edilir və Assosiasiya vahid çempionat təşkil edir. Vahid çempionat 1939/40-cı illərə qədər davam edir.
İkinci Dünya Müharibəsindən sonra, Bosniya və Herseqovina Futbol Assosiasiyası Yuqoslaviya Futbol Assosiasiyasına bağlı olan qurum kimi fəaliyyət göstərməyə başlayır.
1992-ci ildə, Bosniya və Herseqovina futbol birliyi adı ilə müstəqil assosiasiya kimi fəaliyyətini bərpa edir. 1996-cı ildə FİFA-ya və 1998-ci ildə UEFA-ya üzv olur.
Birlik adlanan assosiasiya, milli futbol komandalarının (kişi, qadın, gənclər) fəaliyyətini təşkil edir və onlara rəhbərlik edir. Birliyin himayəsi altında kişilər və qadınlar arasında Bosniya və Herseqovina çempionatları, eləcə də bir çox digər yarışlar keçirilir.
Aşağıakı yarışları təşkil edir:
Kişi
Qadın
Komanda | Məşqçilər |
---|---|
Milli komanda | Faruk Hacibegiç |
U-21 milli komandası | İqor Yankoviç |
U-19 milli komandası | Mario İvankoviç |
U-18 milli komandası | Slaven Musa |
U-17 milli komandası | Nermin Şabiç |
U-15 milli komandası | Çedomir Çulum |
Futzal komandası | Ivo Krezo |
Komanda | Name |
---|---|
Milli komanda | Samira Hurem |
U-19 milli komandası | Dragan Yevtiç |
U-17 milli komandası | Iliya Luciç |