Litva Futbol Federasiyası (lit. Lietuvos futbolo federacija) — Litvada futbolun milli idarəetmə orqanıdır. Mərkəzi ofisi Vilnüs şəhərində yerləşir. 1922-ci ildə yaradılıb.
Litva Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1922 |
FİFA üzvlüyü | 1923 |
UEFA üzvlüyü | 1992 |
Prezident | Tomas Danileviçius |
Vebsayt | http://www.lff.lt |
Vikianbarda əlaqəli mediafayllar |
Litvada ilk şəhərlərarası futbol matçı 1911-ci ildə keçirilib. 18 may 1919-cu ildə, Kaunas şəhərində Litva İdman Birliyi (LSS) yaradılır. 1920-ci ildə Litva İdman Birliyi futbol çempionatı təşkil etməyə çalışır, lakin bu yarışda iştirak etmək həvəsində olan komandaların sayı az olduğundan turnir baş tutmur.
1922-ci ildə Litva İdman Liqası quruldu, elə həmin ildə 10 Kaunas komandasının mübarizə apardığı ilk çempionat keçirilir. 1923-cü ildə Litva İdman Liqası müstəqil Federasiya kimi FİFA-ya üzv olur, lakin Litvanın SSRİ tərəfindən işğalı ilə əlaqədar olaraq Federasiyanın mövcudluğu dayandırılır.
Ölkə müstəqillik əldə etdikdən sonra, 1991-ci ildə Litva Futbol Federasiyası adı ilə yenidən yaradılır. 1991-ci il dekabrın 9-da FİFA üzvluyu bərpa edilir. 1992-ci il aprelin 23-dən isə UEFA-nın üzvüdür.
Litva Futbol Federasiyası ölkədə futbolun inkişafına və milli komandalara, o cümlədən Litva milli futbol komandasına cavabdehdir. Mərkəzi ofisi Vilnüsdə yerləşir.
Litva Futbol Federasiyasının hüquqi forması Üzvlərdən ibarət assosiasiyadır. Federasiyanın ali orqanı Konfransdır. Digər məsələlər Litva Futbol Federasiyası İcraiyyə Komitəsi tərəfindən həll edilir. Gündəlik fəaliyyətləri Baş Katibin rəhbərlik etdiyi Administrasiya həyata keçirir.[1]
Federasiyanın, 10 regional futbol assosiasiyası və 10 filial assosiasiyası olmaqla 20 üzvü var.[2]
Regional Federasiyalar:
Filial birlikləri