Əliyev Şəfa Tiflis oğlu (30 sentyabr 1959, Birinci Mahmudlu, Füzuli rayonu) — Sumqayıt Dövlət Universitetinin [1] professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü[2], Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Şəfa Əliyev | |
---|---|
Əliyev Şəfa Tiflis oğlu | |
Doğum tarixi | 30 sentyabr 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Sumqayıt Dövlət Universiteti |
Alma-mater | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Təhsili | |
Tanınır |
iqtisadçı alim pedaqoq |
Üzvlüyü | Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəfa Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir.
1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir.
1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.
Şəfa Əliyev ailəlidir. Üç övladı və 6 nəvəsi var.
Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlamışdır. 1981-1984-cü illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində işləmişdir. 1984-1986-cı illərdə Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, 1986–1989-cu illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışmışdır. 1989-1995-ci illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalah Birliyinin maliyyə şöbəsi rəis müavini və rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin baş eksperti vəzifəsini tutmuşdur.
1995-1997-ci illərdə “Azərikimya” Dövlət Şirkətində baş mütəxəssis, Təçizat və Satış İdarəsinin MDB ilə əlaqələr şöbəsinin rəisi işləmişdir. 1997–2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında (Moskva şəhəri) nümayəndəliyin başçısı vəzifəsində işləmiş və bu şirkətin dünya ölkələri ilə xarici iqtisadi əlaqələrinin yaradılması, inkişaf etdirilməsi ilə məşğul olmuşdur[3]. 2001–2003-cü illərdə “Azərikimya” DŞ-nin “Etilen-Polietilen” zavodunun baş iqtisadçısı, 2003-cü ildə isə “Azərikimya” DŞ-nin Səthi Aktiv Maddələr zavodunun iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2003–2005-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Vitse-Prezidenti və 2005–2006-cı illərdə isə “Azərikimya” DŞ-nin “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində fəaliyyət göstərmişdir.
2006–2011-ci illərdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru və 2011–2013-cü illərdə Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifələrində işləmişdir[4]. Azərbaycanın 50 şəhər və rayonlarının Məşgulluq Mərkəzlərində İşçi qrupunun rəhbəri kimi ölkədə məşğulluq xidmətinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərmişdir. 2013-cü ildə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 sayli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuşdur.[5].
Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür [6].
Şəfa Əliyev 245-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir[7].
Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Hazırda iqtisad elmləri doktoru hazırlığı üzrə 3 nəfərin elmi məsləhətçisi və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı üzrə 5 nəfərin elmi rəhbəridir[8].
2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini (rus dilində) müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (İqtisad elmləri namizədi -15 yanvar 2008-ci il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası - EN-№048-27-15.01.2008). 2013-cü il aprel ayının 22-də isə dosent elmi adını almışdır (dosent - 22 aprel 2013-cü il-Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-DS № 04328 – 22.04.2013)[9].
2015-ci il noyabr ayının 15-də Azərbaycan Dövlət İqtisad Universitetində 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir (İqtisad elmləri doktoru - 25 noyabr 2016-cı il, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası-ED-01755-25.11.2016-cı il-Protokol № 10R) [10].
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2017-ci il tarixli 135 nömrəli Əmri ilə “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü-Elmi katib təsdiq edilmiş və 2018-ci ilin sonuna kimi bu Şurada fəaliyyət göstərmişdir.
Şəfa Əliyev Azərbaycanda nəşr olunan “Yer və insan” elmi jurnalının redaksiya heyətinə üzv seçilmişdir[11].
2009-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının dosenti, 2017-ci ildən hazırkı günümüzə Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru vəzifəsində işləyir.
“Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus dilində), “Gömrük işi” (Rus dilində) fənlərindən mühazirələr oxuyur.
1997-2001-ci illərdə “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin başçısı işlədiyi illərdə Azərbaycanın neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrin genişləndirilməsi üçün Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələrdə, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur.
Dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlarda, o cümlədən, ABŞ, Fransa, İsveç, Norveç, Macarıstan, Baltikyanı dövlətlər, Çexiya, Hollandiya, Türkiyə, Polşa, Bolqarıstan, Slovakiya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə keçirilən tədbirlərdə iştirak etmiş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak və çıxışlar etmişdir. Rusiya və digər keçmiş SSRİ ölkələrinin 100-dən çox şəhərlərində, subyekt mərkəzlərində işgüzar ezamiyyətlərdə, xarici iqtisadi əlaqələrin qurulması üzrə tədbirlərdə, görüşlərdə olmuşdur.
Rusiya iqtisad elmində güclü nüfuza malik olan - Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür[12]. Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının redaksiya heyətinə üzv seçilib.
2018-ci ildən Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “Maliyyə iqyisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib[13].
Ukraynanın Odessa şəhərində nəşr olunan “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir[14]. 2017-ci ilin yanvar ayında Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzinin və Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən “Accent Graphics Communications” nəşriyyatının redaksiya heyətinin, “Avropa-Amerika Elmi Kooperasiyası” junalının redaksiya heyətinin üzvü seçilmişdir.
ABŞ-nin Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & Applied Science” jurnalınını redaksiya heyətinin üzvüdir[15].
Beynəlxalq Elmi Konferensiyaların keçirilməsi üzrə ixtisaslaşan Conferencii.com saytının redaksiya heyətinin üzvüdür[16].
Moskva şəhərində nəşr olunan “Актуальные вопросы современной науки” elmi jurnalının redaksiya heyətinin üzvüdür[17].
Rusiyada nəşr edilən «Hаучная перспектива» elmi jurnalının redaksiya heyətinin üzvüdür[18].
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur [19] Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxs mükafatlandırılıb [20].
2009-cu və 2019-cu ildə ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür[21].
Şəfa Əliyev Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir[22].