Kənan Seyidov

Kənan Əlihüseyn oğlu Seyidov (23 dekabr 1974, Bəhrəmtəpə, İmişli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Vətən Müharibəsi Qəhrəmanı; Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordunun Komandanı (2024—), Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri (2021–2024), Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi (—2021).

Kənan Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1974(1974-12-23) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Quru Qoşunları
Hərbi hissə Xüsusi Təyinatlı Qüvvələr (—2021)
5-ci Ordu Korpusu (2021–2024)
Əlahiddə Ümumqoşun Ordu (2024)
Xidmət illəri 1991-ci ildən
Rütbəsi
General-mayor
Döyüşlər
Təltifləri "Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Vətən Müharibəsi Qəhrəmanı" medalı "Azərbaycan Bayrağı" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021 "Vətən uğrunda" medalı — 2014 "İgidliyə görə" medalı — 2016 "Hərbi xidmətlərə görə" medalı — 2023 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyidov Kənan Əlhüseyn oğlu 1974-cü il dekabr ayının 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində doğulub.[1] O, 1981–1992-ci illərdə İmişli rayonunun Bəhrəmtəpə orta məktəbində təhsil almışdır. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Kənan Seyidov 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1994-cü ildən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirmiş və həmin ildə məktəbi vaxtından əvvəl bitirərək yenidən Qarabağ müharibəsinə qatılmışdır. O, 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin qiyabi şöbəsinə daxil olub, 2005-ci ildə həmin unversiteti hüqüqşünas ixtisası ilə bitirib. 2005–2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.[2] 24 iyun 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə[3], 24 iyun 2014-cü ildə "Vətən uğrunda" medalı ilə[4], təltif edilib. 2016-cı ilin 2–5 aprelində Azərbaycan–Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.[5]

Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, FüzuliŞuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib.

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Kənan Seyidovun xüsusi təyinatlı qüvvələr komandanının birinci müavini — qərargah rəisi olduğu Xüsusi Təyinatlı Qüvvələr əsas zərbə istiqamətində düşmənin müdafiə səddini yarıb, Kəlbəcər, Cəbrayıl, Hadrut, Füzuli, Şuşa şəhərlərinin azad edilməsində xüsusi şücayəti ilə fərqlənib. Xüsusi Təyinatlı Qüvvələr əlverişli hüdudda hücum döyüşü ilə düşmənin cəbhə boyu istiqamətində əks zərbəsini müvəffəqiyyətlə dəf edərək, onun manevr edəcək mobil ehtiyatlarını döyüş imkanlarından məhrum edib, çətin keçilən relyefdə hücumu döyüşlərlə davam etdirərək düşmənin arxasında dərin dövrələmə manevr edərək irəliləyib. Xüsusi Təyinatlı Qüvvələr Kəlbəcər, Cəbrayıl, Hadrut, Füzuli, Şuşa yaşayış məntəqəsi və ətrafındakı komanda yüksəkliklərini düşmən işğalından azad edib, bununla da Şuşa şəhərinin azad edilməsi üçün əlverişli şərait yaranıb. Kənan Seyidov Şuşa şəhərinin azad olunmasında iştirak edən qoşunlara rəhbərlik edib.

Kənan Seyidov xüsusi təyinatlı qüvvələr komandanının birinci müavini — qərargah rəisi olduğu Xüsusi Təyinatlı Qüvvələr Vətən müharibəsi döyüş əməliyyatların gedişində şəxsi nümunəsi ilə dönüş yaratdığıvə rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin döyüşlər zamanı xüsusi peşəkarlıq, mətinlik və şücayət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı[6]"Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. O həmçinin "Cəbrayılın azad olunmasına görə"[7], "Füzulinin azad olunmasına görə"[8] və "Şuşanın azad olunmasına görə"[9] medalları ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilib.[10] 23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.[11]

5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə — noyabr 2021-ci ildə, aprel 2023-cü ildəmay 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol alıb.[2] 2021-ci ilin iyununda 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə[12], 2023-cü ilin noyabrında isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.[13]

2024-cü ilin iyulun 5-də sosial mediada müdafiə nazirinin müaviniƏlahiddə Ümumqoşun Ordusunun Komandanı Kərəm Mustafayevin tutduğu vəzifədən azad olunduğu, əvəzinə isə bu vəzifəyə Kənan Seyidovun təyin edilməsi ilə bağlı xəbərlər yayıldı.[14] Bir müddət sonra iqtidaryönlü Qafqazinfo saytında da bu xəbər dərc edildi.[14] Əlahiddə Ümumqoşun Ordusunun Komandanının birinci müavini — Qərargah rəisi general-leytenant Fazil Ağalarov açıqlamasında Kərəm Mustayevin vəzifədən azad olunduğunu təsdiqləsə də, Kənan Seyidovun təyinatı barədə danışmadı.[15] Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi saytında (mod.gov.az) Kərəm Mustafayevin adı Əlahiddə Ümumqoşun Ordusun Komandanı olaraq göstərilmiş[16], 5 gün sonra — iyulun 10-da adı rəsmi saytdan çıxarılmışdır. İyulun 8-də iqtidaryönlü Qafqazinfo saytında Kərəm Mustafayevun bu günlərdə istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verməsi ilə bağlı xəbər dərc edildi.[17] Qeyd edilən məsələlər ilə bağlı rəsmi açıqlama verilməyib.[17]

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 10, 9095 illiyi, "Azərbaycan Ordusunun 100 illiyi", "Heydər Əliyevin 100 illiyi" yubiley medalları ilə də təltif edilib.[2]

  1. "Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov KİMDİR? - DOSYE". 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-06.
  2. 1 2 3 Oxu.az. "Əlahiddə Ümumqoşun Ordusunun Komandanı təyin edilən Kənan Seyidov KİMDİR? - DOSYE". www.oxu.az (az.)). 01.10.2022. 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqcularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 24.06.2003-cü il tarixli 887 nömrəli Fərmanı". www.e-qanun.az (az.)). 01.10.2022. 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2014-cü il tarixli 575 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 20.04.2016-cı il tarixli 1967 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli 2362 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli 2370 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "K. Ə. Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 20.10.2020-ci il tarixli 2300 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.
  11. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 23.06.2021-ci il tarixli 2814 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  12. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli 2707 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli 4158 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  14. 1 2 Qafqazinfo. "Kərəm Mustafayev işdən çıxarıldı – Yerinə o təyin olundu". www.qafqazinfo.az (az.)). 01.10.2022. 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  15. Manset.az. "SON DƏQİQƏ: Azərbaycanın məşhur generalı işdən çıxarıldı". www.manset.az (az.)). 01.10.2022. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  16. Müdafiə Nazirliyi. "GENERAL-POLKOVNİK MUSTAFAYEV KƏRƏM NƏRİMAN OĞLU MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ – ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUSUNUN KOMANDANI". www.mod.gov.az (az.)). 01.10.2022. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  17. 1 2 Sail Ağasəlim / Qafqazinfo. "Kərəm Mustafayev dindirilib?". www.qafqazinfo.az (az.)). 01.10.2022. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.