İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Vahid (ər. الواحد) — Allahın adlarından biri.
Həqiqətən, sizin Allahınız birdir![1]
Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.[2]
"Allah üçün (üç ilahinin) üçüncüsüdür!" – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).[3]
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)[4]
De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"[5]
"Cəməl" müharibəsində bir kişi Əli (ə)-a yaxınlaşıb dedi: "Ya Əmirəl-möminin, sən deyirsən Allah birdir?" Camaat hər tərəfdən onun üzərinə qışqırıb dedilər: "Görmürsən ki, Əmirəl-mömininin başı nə qədər qarışıqdır?" Əmirəl-mö᾿minin Əli (ə) buyurdu: "Onunla işiniz olmasın; çünki bu ərəbin istədiyi şey elə bizim bu camaatdan istədiyimizdir." Sonra ərəbə dedi: "Allah birdir" dedikdə dörd növ “bir olmaq” təsəvvür oluna bilər ki, onun iki mə᾿nası düzgün deyil, iki mə᾿nası isə düzgündür: Düzgün olmayan mə᾿nalardan biri budur ki, bir kəs “Allah birdir" deyərək ədəd nəzərdə tutsun. Bu düzgün deyildir. Çünki "ikincisi olmayan" heç vaxt ədədin içinə daxil olmayır. Görmürsənmi ki, "Allah üçün üçüncüsüdür" deyənlər (məsihilərin üçlük əqidəsinə işarədir) kafir olmuşlar? Digəri də budur ki, bir kəs misal üçün, "filankəs camaatdan biridir” desin. Yəni bu cinsdən olan bir növdür (yaxud bu növdən olan bir vahiddir). Bu məna da Allahın barəsində düzgün deyildir. Çünki bu təşbihdir, Allah isə təşbihdən çox-çox uzaqdır. Amma Allah barəsində düzgün olan mənalara gəldikdə isə, biri budur ki, bir şəxs "Allah birdir" desin, məqsədi də əşyalar arasında Onun oxşarı olmadığını çatdırmaq olsun. Allah belədir. Digəri isə belədir: "Allah birdir" (Əhəd – yəni Onda nə xaricdə, nə əql və nə də fəhm qüvvəsində heç növ çoxluğa və bölgüyə yer yoxdur). Allah məhz belədir.[6]