Əl-Həmid

Əl-Həmid (ər. الحميد) — Allahın adlarından biri. əl-Həmid sözü təriflənən, həmd edilən deməkdir. əl-Həmid olan Allah, məxluqlarının yanında həmd ediləndir.

Lüğəti məna: Əl-Həmd sözü məzəmmətin əksidir. Həmçinin ət-təhmid əl-həmd sözündən daha əbləğdir, genişdir. Həmd şükürdən ümumidir. Məsələn, muhəmməd deyildikdə, yəni tərifə layiq sifətləri çox olan. Əl-Əzhəriyyu buyurur ki, ət-təhmid Allahı çoxlu həmd etməkdir. əl-Həmid ismi Quranda on yeddi dəfə zikr olunub. َّن اللّ َه َل َغنِ ٌّي َح ِمي ٌد } ِ نتُ ْم وَ َمن فِي ا َْل ْرضِ َج ِميعًا َفإ َ ِن تَ ْك ُفرُوْا أ { َو َقا َل ُمو َسى إ "Musa dedi: "Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, zəngindir, həmiddir"(İbrahim /8) َّن اللَّ َه َغنِ ٌّي } ِ ِنَّ َما يَ ْش ُكرُ لَِن ْف ِس ِه َو َمن َك َف َر َفإ {…وَ َمن يَ ْش ُك ْر َح ِمي ٌد َفإ "Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki), Allah ğaniyy və həmiddir" (Loğman /12) َلى اللَّ ِه َواللَّ ُه ُهوَ اْل َغنِ ُّي اْل َح ِمي ُد } ِ نتُ ُم اْل ُف َق َراء إ َ ُّ َها النَّا ُس أ ي َ { يَا أ "Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə ğaniyy və həmiddir. "(Fatir /15) Allah haqqında bu ismin mənası: İbn Cərir buyurur ki, əl-Həmid məxluqları yanında təriflənəndir. Belə ki, Allah onlara öz nemətindən, fəzilətindən verir və onlar da Allahı tərifləyib həmd edirlər. Əz-Zucəcə buyurur ki, əl-Həmid, yəni Allah hər bir dildə və hər bir halda təriflənəndir. Xattabi buyurur ki, əl-Həmid həm çətin günlərdə, həm də xoş günlərdə ona tərif olunur. Çünki Allah həkimdi. Onun feillərində səhv yoxdur. Əgər Allahın feillərində səhv yoxdursa deməli Allah hər bir halda təriflənməyə layiqdir. İbn Kəsir buyurur ki, o, həmiddir. Bütün feillərində, sözlərində, şəriət və qədərində və nə ki, təqdir edib hər bir şeydə tərif olunandır. İbn Sə’di buyurur ki, o, həmiddir. Həm zatında, həm ismində, həm sifətində, həm də fellərində. Onun adları gözəldi, sifətləri isə ən kamil sifətlərdir. Onun feilləri fəzilət və adillik arasındadır. Feillərində zülm yoxdur. Ona görə də Allah həmd olunandır. Yəqin şəkildə bilinməlidir ki, mütləq şəkildə həmd Allaha məxsusdur. { اْل َح ْم ُد للّ ِه َر ّبِ اْل َعاَل ِمي َن } "Həmd olsun aləmlərin Rəbbi Allaha "(Fatihə /2) Ayədəki həmd sözündə olan "əlif" və "ləm" hərfləri o deməkdir ki, yəni bütün həmdlər Allahadır. Biz nə qədər Allahı tərifləsək, ona həmd etsək də Allah özünü təriflədiyi kimidir. Bir gün peyğəmbər صلى الله عليه وسلمsəhabələri ilə namaz qılırdı. Rukudan başını qaldırdıqda "səmiallahu limən həmidə"deyərkən arxada bir nəfər "rabbənə və ləkəl həmd. Həmdən kəsiran tayyibən mubərakən fi"dedi. Namaz qurtardıqdan sonra peyğəmbər صلى الله عليه وسلم deyir ki, danışan kim idi? Kişi dedi ki, mən idim. Peyğəmbər صلى الله عليه وسلمdedi ki, otuzdan çox mələk gördüm ki, tez yazmaqları üstündə ötüşürdülər. Həmçinin peyğəmbər صلى الله عليه وسلمhər namazdan sonra otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh, otuz üç dəfə Allahu akbar deyərdi.