İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Qayyum (ər. القيّوم) — Allahın adlarından biri.
Qayyim- (ərəb. قـيّم qa-va-mə) kökündən qayyam və qayyum mübaliğəli ismi fail olub, başlanğıcı və bənzəri olmayan Allahın adlarındandır. Eyni kökdən olan ""qayyim"", sifəti-müşəbbəhə olub, lüğətdə; bir şeyin idarəsini vəya müəyyən bir işin həyata keçirilməsini üzərinə götürən yaxud bu iş üçün təyin edilen kimsə, dəyərli olan hər şey, doğru iş kimi mənaları var. Məsələn: Qadının qayyimi, əri mənasındadır.
Termin kimi; bir şeyin vəya birinin məsuliyyətini üzərinə götürən və buna görə onlar üzərində idarəçi olan deməkdir.
Quranda; adil, doğru-düzgün, dəyərli mənalarında istifadə olunur[1][2][3][4][5]:
"Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç <cür dəyişdirmək olmaz. doğru din budur, lakin insanların çoxu (bunu) bilmir."[6] فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
Bu termin Məhəmməd Peyğəmbər'in bəzı gecə dualarında, yerin ve göyün hakimi olan Allahın bir sifati kimi istifadə olunub. Dua belədir: "Allahım sənə həmdolsun. Sən göyləri və yerin hakimisən."[7][8][9][10]
Qayyim kəliməsi, daha sonra, "məmur" , "məscidə baxan biri" , "bir xeyir qurumunun müdiri" kimi bu cür işlər üçün istifadə olund