İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Fəttah (ər. الفتاح) — Allahın adlarından biri.
“Rəhmət və rizq (ruzi) qapılarını açan, çətinlikləri asanlaşdıran, məzlumlara (zülmə uğrayanlara) kömək edən” deməkdir.
Bu ad həm maddi, həm də mənəvi aləmə aiddir. Onun inanan bəndələrinə, düşmənlərinə qalib gəlməyə kömək etməklə yanaşı, həm də insanların qəlblərindəki qəflət pərdəsini qaldırması “Fəttah” adının təcəllisidir. Bu adın maddi tərəfinə “əl-Fəth” surəsinin 1-ci ayəsində belə işarə edilir: “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!”
İmam Qəzali bu adın mənəvi tərəfinə “əl-Fatir” surəsinin 2-ci ayəsini misal göstərir: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz...”
Uca Rəbbimizin rəhmət qapısı bir deyil, min dənədir. Bir qapını bağladıqda, digər qapını açar. Ondan kömək umanların ümidlərini boşa çıxarmaz. İnsan üçün bundan gözəl təsəlli ola bilərmi?
Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |