Afrikadakı Osmanlı müharibələri

I Səlim
I Süleyman
Xeyrəddin Barbaros

Osmanlı imperiyası XIV əsrin əvvəllərində yaradılmışdır. XVI əsrdən etibarən isə aparılmış olan bir sıra müharibələrdən sonra Şimali Afrika sahilləri boyunca ərazilər əldə etməyə başlamışdır.

Misir çərkəzlərqıpçaqlar tərəfindən idarə edilən və eyni zamanda da Suriya, Fələstin, Livanİordaniyanı idarə edən Məmlük sultanlığının hakimiyyəti altında idi. II Məhəmməd (Fateh) Anadolunun böyük hissəsini Osmanlı hakimiyyəti altında birləşdirdikdən sonra bu iki imperiya türkmən mənşəli iki Məmlük vassalının onların aralarında bir tampon zona olması formasında qonşu olmuşdurlar. Osmanlı-Səfəvi müharibələri zamanı Məmlüklər (yaxud onların vassalları) Səfəvilərə dəstək verirlər. I Səlimin 1516–18-ci illər arasındakı Misirə uzun yürüşü zamanı məmlüklər üç dəfələrlə məğlubiyyətə düçar olmuşdurlar; Mərcidabık, Xan YunisRidaniyə. (Birinci və üçüncü müharibələrə şəxsən Səlimin özü, ikinci müharibəyə isə Xədim Sənan Paşa rəhbərlik etmişdir). Xədim Sənan Paşanın öldürüldüyü üçüncü müharibə Məmlüklərə vurulan sonuncu zərbə olmuşdur. Qahirədə baş verən toqquşmalardan sonra isə Məmlük sultanı II Tumanbəy həbs olunaraq edam edilmiş və Səlim bütün Məmlük ərazilərini Osmanlı imperiyasına birləşdirərək cəmisi iki il kimi qısa bir müddət ərzində dövlətinin ərazisini ikiqat genişləndirmişdir.[1][2]

Türk piratadmiral Xeyrəddin Barbarossa 1516-cı ildə V Karldan Əlcəzair şəhərini alır. Xeyrəddin və qardaşları əvvəlcə müstəqil olsalar da, qardaşlarının ölümündən sonra Barbaros himayə üçün Səlimə müraciət edir.[3] 1532-ci ildə I Süleymanın dövründə Xeyrəddin Osmanlı donanmasının kapitanı təyin edilir və Əlcəzair Osmanlı mülkü olur. Nəhayət, Osmanlılar ölkənin daxili hissələrinə də nəzarət etməyə başlayırlar. 1552-ci ildə isə Osmanlı admiralı olan Saleh Rəis Böyük səhra boyunca hərəkət edərək Tuqqurtu ələ keçirdir.

XVI əsrin ilk illərində Tunis Bərbər mənşəli Hafsi sülaləsi tərəfindən idarə olunurdu. Tunisin eyniadlı və ən əhəmiyyətli şəhəri olan Tunis şəhəri isə 1534-cü ildə Osmanlı imperiyası üçün Xeyrəddin Barbarossa tərəfindən ələ keçirilmiş olsa da, növbəti il, V Karlın dövründə, Müqəddəs Roma imperiyasının donanması şəhəri türklərdən geri alır.[4] 1560-cı ildə isə Piyalə paşanın rəhbərliyi altında olan Osmanlı donanması Cərbə döyüşündə Müqəddəs Roma imperiyasının böyük bir donanmasını məğlubiyyətə düçar edir. Bu müharibədən sonra Qılınc Əli Rəisin komandanlığı altında olan Osmanlı qüvvələri 1569-cu ildə şəhəri ikinci dəfə II Səlimin dövründə tuturlar.[5] İki il sonra isə şəhər ikinci dəfə Müqəddəs Roma imperiyasının nəzarəti altına keçir. Nəhayət, 1574-cü ildə Admiral Sənan Paşanın komandanlığı altında olan Osmanlı donanması üçüncü dəfə şəhəri tutur.[6]

Hospitalyer cəngavərləri 1522-ci ildə Rodos adasını tərk etdikdən sonra onlardan bəziləri Liviyanın ən əhəmiyyətli şəhəri olan Tripolidə məskunlaşırlar. 1551-ci ildə isə Osmanlı admiralı olan Turqut Rəis Sənan Paşanın dəstəyi ilə şəhəri ələ keçirdir.[7] Nəhayət, Benqazi və daxili region olan, Fizzan da ilhaq edilir. 1711–1835-ci illər arasında Liviya Qaramanlı sülaləsinin muxtar vilayətinə çevrilir. 1835-ci ildən sonra isə II Mahmud burada Osmanlı nəzarətini yenidən bərpa edir.

1538-ci ildə I Süleyman Hind okeanına bir donanma göndərir. (Hindistana dəniz ekspedisiyaları). Ekspedisiyalar təxminən 30 il müddətində davam etmişdir. Vitse-admiral Özdəmir Paşa 1567-ci ildə II Səlimin dövründə, Qırmızı dənizin qərb sahillərini (təxmini olaraq SudanEritreyanın sahilyanı ərazilərinə müvafiq gəlir) ələ keçirir.[8][9] 1585-ci ildə isə III Muradın dövründə Osmanlı dəniz qulduru olan Əmir Əli (Miral bəy adı ilə də tanınmışdır) Moqadişo şəhərini Portuqaliya donanmasının əlindən alsa da, şəhər Osmanlı nəzarətində cəmi dörd il qalmışdır.

Osmanlılar müntəzəm olaraq Mərakeşin daxili məsələlərinə müdaxilə edirdilər.[10] 1554 və 1576-cı illərdə isə öz tabelikləri altında olan şəxsləri Mərakeş taxtında saxlamaq üçün Mərakeşi işğal edirlər. Onlar 1578-ci ildə baş vermiş olan Vadisseyl döyüşü zamanı Mərakeş qüvvələri ilə birlikdə Portuqaliya qüvvələrinə qarşı fəal mübarizə aparmışdırlar. Lord Kinrossa görə, Mərakeş Osmanlının təsiri altına düşür.[5] 1585-ci ildə Osmanlı admiralı olan Murad Rəis Qərbi Afrika sahillərində yerləşən Kanar adalarındakı Lansarote adasını işğal edir. O, tezliklə geri çəkilmək məcburiyətində qalsa da, bu işğal, Atlantik okeanında yeganə Osmanlı işğalı olaraq diqqətəlayiq bir haldır.

Napoleonun Misir ekspedisiyası

[redaktə | mənbəni redaktə et]

Fransız generalı olan Napoleon Bonapart 1798-ci ildə Misiri işğal etmişdir. Osmanlı ordusunun əsas qüvvələri o dövrdə Avropa cəbhəsində gedən döyüşlərlə məşğul olduğu üçün bu ərazinin yeganə müdafiəçiləri Piramidalar döyüşündə məğlub olmuş olan yerli qüvvələr idi.[11] Ancaq Napoleonun donanması İngilis donanması tərəfindən məğlubiyyətə düçar edildiyi üçün o, çox da irəliyə gedə bilməmişdir. 1799-cu ildə geriyə qayıtmış və 1801-ci ildə baş vermiş olan İsgəndəriyyə döyüşündən sonra Fransız ordusu Misiri boşaltmışdır.

Torpaqların itirilməsi

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyası 1830-cu illərdə baş vermiş olan Kavalalı Mehmed Əli Paşanın üsyanı zamanı Misir və cənubdakı torpaqlara birbaşa nəzarətini itirmişdir. Bu dövrdə Misir hələ də Osmanlı vassalı hesab edilsə də, Osmanlı imperiyası 1880-ci illərdə nəzarəti tamamilə Britaniya imperiyasının xeyrinə itirmişdir. XIX əsrdə Misirin qərbindəki ölkələrdə də Osmanlı nəzarəti zəifləməyə başlayır. 1830-cu ildə Əlcəzair[12], 1881-ci ildə isə Tunis Fransanın nəzarəti altına keçir.[13] 1911-ci ildəki İtaliya-Osmanlı müharibəsi nəticəsində isə Liviya İtaliyanın nəzarəti altına keçir.[14]

  1. Agaston-Masters, p.512
  2. Jorga Vol 2, p.284–286
  3. Kinross, p.212
  4. Kinross, p. 214–216
  5. 1 2 Kinross, 271
  6. Jorga, Vol 3, p. 142
  7. Shaw, p.106
  8. Yücel-Sevim, p.295
  9. Kinross, p.241
  10. Shaw p.180
  11. Agaston-Masters p.205
  12. Agoston-Masters, p. 36
  13. Agoston-Masters p.574
  14. Agoston-Masters, p.572