Alman Nasional-Sosialist Fəhlə Partiyası

Nasional Sosialist Alman Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiterpartei‎) — Veymar Respublikası dövründə yaranan alman siyasi partiyasıdır. O dövrlərdə Almaniya imperiyasının Birinci dünya müharibəsini uduzması və ağır itkilər verməsi və sonda Versal sazişi ilə alman xalqının bütün haqlarının alınması və xalqın qısaca əzilməsi bu qatı milliyətçi partiyanın yaranmasına səbəb oldu. Müharibədən sonra böyük böhranında baş verməsi ilə alman xalqı işsiz və evlərinə günlərlə çörək aparmayacaq vəziyyətə gəlmişdi. Partiyanın üzvlərinin sürətlə artması da bununla əlaqədardır. 20-ci əsrdə alman siyasətində çox böyük yer tutan partiyanın ideologiyası nasional sosializm olmuşdur. Hakimiyyəti dövründə anti-marksist, anti-semitist, anti-kapitalist siyasət yeritmişdir.

Nasional Sosialist Alman Fəhlə Partiyası

Nationalsozialistische Deutsche Arbeiterpartei‎
NSDAP
Loqonun şəkli
Sədri Anton Dreksler, Adolf Hitler, Martin Borman
Qurucu
Quruluş tarixi 24 fevral 1920
Dağılma tarixi 10 oktyabr 1945
Baş qərargah
İdeologiya Nasional Sosializm
İdeoloji spektr İfrat sağçılıq
Gənclər təşkilatı Hitleryugend
Reichstag
876 / 876
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi olaraq partiyanın sələfi kiçik bir qüvvə olan alman millətçiləri idi. Müharibədən sonra Almaniyanın pis vəziyyətdə olması Anton Drekslerin Almaniya Fəhlə Partiyasını qurması ilə nəticələndi. Bu partiya müharibədən sonra Almaniyada qurulan ilk partiyalardan idi. Anton Drekslerin fikirlərinə görə alman millətini və alman milliyətçiliyini yüksəltmək, amma bunu sosializmin köməyi ilə etmək lazım idi.

1920-ci il, Adolf Hitlerin Almaniya Fəhlə Partiyasında üzv olduğu dövr.
Adolf Hitlerin dizayn etdiyi nasist simvolikası.

Adolf Hitlerin Partiya Sədri Olması

[redaktə | mənbəni redaktə et]

1915-ci ildə orduya xidmətə yazılan Hitlerin 1917-də gözləri müvəqqəti olaraq kor olur. O, xəstəxanada gözlərini açıb özünə gələndə Almaniyanın uduzduğunu görür. Bundan sonra Versalın da şərtlərini öyrənən Hitler hər şeyi yəhudilərin boynuna atır. Sonradan Hitler partiyanın mərkəzinə gedib partiyanın ilk üzvlərindən olur. O zamanlar partiyanın liderlərindən biri olan Karl Harrerin Hitler haqqında düşüncələri pis idi. Nəticədə o, istefa verdi. Dreksler isə Hitlerə yaxın idi və onun mükəmməl biri olduğunu düşünürdü. Hitler partiya içində çıxış edəndə hər kəsi özünə və partiyanın fikirlərinə cəlb etdiyi üçün partiyanın öndə gələn üzvləri Hitlerin partiya sədri olmasını dəstəkləyirdilər.

Alman işçi partiyasının Nasist partiyasına çevirilməsi

[redaktə | mənbəni redaktə et]

24 fevral 1920-ci ildə partiyanın 25 maddəlik yeni qaydaları təqdim olundu. Qaydalar Adolf Hitler və Anton Dreksler tərəfindən yazılmışdı. Beləliklə bu qaydalar Alman Fəhlə Partiyasının xələfi olan Nasional Sosialist Alman Fəhlə Partiyasının qaydaları kimi təqdim olundu.

Çevriliş cəhdi

[redaktə | mənbəni redaktə et]
NSDAP-ın əsas propaqanda vasitələrindən biri olan, "Mənim mübarizəm" kitabı.

Nasist partiyasının üzvləri artdıqca partiya daha da məşhurlaşırdı. Baş qərargahı Bavariyada yerləşən partiya Adolf Hitlerin başçılığı ilə həmin vilayəti ələ keçirməyi özünə hədəf qoymuşdu. 9 noyabr 1923-də Adolf Hitler gələcəkdə çox yaxın dostu olacaq, Benito Mussolonidən ilham alaraq pivəxanadan Münhen şəhərinin mərkəzinə doğru iləriləyib, vilayəti ələ keçirəcəkdi. O dövrdə Nasist partiyasının paramilitar qanadı olan Sturmabteilung, başqa adı ilə qəhvəyi köynəklilər bu çevrilişi dəstəkləyəcəkdi. Həmçinin bu çevrilişi 1-ci dünya müharibəsində general olmuş Erich Ludendorffda dəstəkləyirdi. Amma sonda çevriliş alınmadı nəticədə, Adolf Hitler 5 il həbs cəzası aldı. Buna baxmayaraq məhkəmədə vəkilsiz danışıq bacarığı hakimləri Hitlerə cəlb etdi. 5 illik həbs olsa da, Hitler sadəcə 9 ay həbsdə oldu. 9 ay ərzində "Mein Kampf" (Mənim Mübarizəm) kitabını yazdı. Bu kitab sonradan Nasist partiyasının propaqandasında çox geniş istifadə olunacaqdı.

Parlamentdə və seçkilərdə yeri[2]

[redaktə | mənbəni redaktə et]

Adolf Hitler 1924 noyabr ayında sərbəst buraxıldı. Yenidən Nasist partiyasını qurub, özünü lider təyin etdi. Partiyanın qayda-qanunlarında xeyli dəyişiklik oldu. Artıq çevriliş cəhdlərinə yox, daha çox xalqı özünə cəlb etmək üzərində çalışacaqdılar. Adolf Hitlerin propaqanda bacarığı bundan sonra özünü göstərəcəkdi. Artıq SA (Sturmabteilung) partiyaya daxil deyil, ayrı olaraq Paramilitar dəstək qrupu kimi öz yerlərini alacaqdılar. Adolf Hitler daha bir paramilitar dəstək qrupunun yaradılmasını istədi, beləcə Schutzstaffel (SS) əmələ gəldi.

— Nasional Sosialist Alman Fəhlə Partiyasının seçkilərdəki səs sayı—
Tarix Səs sayı Faiz Reyxstaqdakı üzv sayı
4 May 1924 1,918.3 6.5 32
7 Dekabr 1924 907.3 3.0 14
20 May 1928 810.1 2.6 12
14 Sentyabr 1930 6,409.6 18.3 107
31 İyul 1932 13,745.8 37.4 230
6 Noyabr 1932 11,737.0 33.1 196
5 Mart 1933 17,277.0 43.9 288
Hitlerin propaqanda naziri Yozef Gebbels. Nasist Almaniyasının məşhurlaşmasında və xalqın partiyaya cəlb olunmasında ən çox töhfə verən şəxslərdən biri.
O dövrdə çap olunan Nasist Propagandası.

Xalqın partiyaya cəlb edilməsi

[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti dövründə xalqı özünə ən çox cəlb edən partiya nasist partiyası idi. Buna səbəb insanların işsiz, pis vəziyyətdə yaşaması idi. Bərbad şəkildə yaşayan Alman xalqına Nasist partiyası və Adolf Hitler xilaskar kimi görsənirdi. Bununla birgə Adolf Hitler hər danışanda bütün günahı yəhudilərin üzərinə atması, xalqın başına daha da aldadırdı. Nasist partiyasının propaqandası o qədər güclü oldu ki, 5 mart 1933-cü ildəki seçkidə böyük səs toplamış,Almaniyanın 35 parlamental bölgəsindən 33-də üstün olmuşdur.

Adolf Hitlerin Alman xalqına verdiyi vəədlər, səs sayını gətirib bura çıxarmışdı. Artıq Alman xalqının yəhudilərə qarşı olan nifrəti böyümüş və NSDAP öz hədəfinə çatmışdı. Adolf Hitlerin Vyana küçələrində evsiz qaldığı müddətdə, Avstriyada insanların pis vəziyyətdə olması, sadəcə yəhudilərin varlı yaşaması və xalqın pullarını oğurlaması Hitlerdə bu nifrəti yaradmışdı. Eyni zamanda Hitler hələ kiçik yaşlarından Alman xalqlarının niyə biri-birilərindən uzaq yaşamasını təhlil etmiş, sonradan partiyanın fikirləridə buna əsasən qurulmuşdu. Xalqın diqqətini cəlb edən mövzulardan biridə bu idi.

Hakimiyyət dövrü[3]

[redaktə | mənbəni redaktə et]
Hitler hakimiyyətdəki ilk ili.Şəkildə Hitler və Mussolini.

Hitler hakimiyyətə gəldikdən sonra:

<<Əgər milli sosialist hərəkat həqiqətən millətimizin rifahı naminə tarix qarşısında böyük bir rol oynamaq istəyirsə, Alman millətinin dünyadakı real vəziyyətini çox yaxşı bilməli, ağrı hiss etməli və bu şüura tamamilə çatmalıdır. Alman millətinin xarici siyasətini açıq baxış və cəsarətlə həyata keçirən səriştəsizliyə və şüursuzluğa qarşı mübarizə aparmalıdır. Ənənələrindən və ön mühakimələrindən asılı olmayaraq, millətimizi və gücünü toplamaq, onu indiki dar həyat sahəsindən çıxarmaq və yeni torpaqlara aparmaq üçün cəsarət tapmalı, beləliklə millətimizi bu dünyada həlak olmaq təhlükəsindən qurtarmalıyıq >>

Keçmiş prezident Hindenburg Hitleri əvvəlcə baş nazir təyin etdi. Sonradan Reichtagda böyük yanğın baş verdi. Hansı ki, bir çox tarixçilər bunun Hitlerin əmri olduğunu təsdiqləyir. Amma o dövrdə Hitler bunu Komunistlərin üstünə atdı və beləliklə artı NSDAP-ın heç bir rəqibi yox idi. 2 avqust 1934-də Hindenburq 86 yaşında vəfat etdi. Nəhayət, Hitler özünü həm Almaniya şansoliyası, həm də yeni bir vəzifə yaradaraq Führer (Lider) elan etdi. Hakimiyyət dövrü başlayan kimi partiyadakı SA əsgərlərinin və bir çox Hitlerə yaxın olan insanların qətliamı başladı. Buna səbəb Hitlerin qıraq heç kimə inanmaması idi.

Hitler Gəncliyinin üzvləri. 1933-cü il
Alman Nasional Sosialist Fəhlə Partiyasının iclası

Nəhayət, yeni hakimiyyət gələndən Almaniya və Alman xalqı ışıq üzü gördü. Amma hələ ki, yaxınlaşan fəlakətin fərqində belə deyildilər. NSDAP möhkəm bir hökumət qurdu, Anti-kapitalist ideologiya sayəsində hər kəs işləməyə məcbur edildi. Əsas məsələ gəncləri və uşaqları bu partiyanın ideologiyasına uyğun hazırlamaq idi. NSDAP-ın əsas hədəfi Oğlanları Vətən üçün canından keçən əsgər kimi, Qızları isə gələcəyin anası olaraq hazırlamaq idi.

Yozef Qobbelsin həmin dövrdə deyir: <<İnsanların düşüncə və beyin təmbəlliyini gördükcə, Hakimiyyətdə nə istəyiriksə, onu da etməyə başladıq.>>

İkinci dünya müharibəsi dövründə

[redaktə | mənbəni redaktə et]

Avropanın ən milliyətçi və irqçi partiyası, əsas hədəflərindən biri olan Lebensraum (Yaşayış Ərazisi) fikrini gerçəkləşdirmək üçün bəşər müharibəsini başlatdı. Müharibə boyu bütün qərarları yenə təkcə partiya özü aldı. 1941-ci ildə Barbarossa planının başlaması haqda sazişi NSDAP tək başına alıb. Partiyanın əmri ilə müharibə boyu SS və SA etnik millətləri yığıb soyqırım etmişdir.

30 apreldə Hitlerin intahar etməsi ilə birgə Martin Bormann partiya sədri oldu. Amma bir neçə gün sonra oda intahar etdi. Nəticədə bir zamanlar nəinki Alman siyasətində, həm də dünya siyasətində böyük rol oynayan Nasional Sosialist Alman Fəhlə Partiyası dağıldı.

  1. "Arxivlənmiş surət". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  2. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  3. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.