Alpout — İndiki Ağsu rayonunun ərazisində, Bico kəndinin şimal hissəsində Sanqalan dağının ətəyində XX əsrin əvvəllərinə qədər mövcud olmuş kənd. Sonradan Alpout kəndinin əhalisi əsasən Bico kəndinə köçmüşdür. XX əsrin sonlarına qədər kəndin ərazisində maldarlıqla məşğul olan 3–4 nəfərdən ibarət bir ailə yaşamışdır.
Alpout | |
---|---|
Ölkə |