Anabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Anabad | |
---|---|
38°56′ şm. e. 46°02′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Eyniadlı bələdiyyənin tərkibindədir. Rayonun mərkəzindən 4 km şimal-şərqdə, Ordubad-Gənzə avtomobil yolunun sağ kənarında, Gənzə çayının sol sahilindədir. Əhalisi 208 nəfər(2000); meyvəçilik və heyvandarlıqla məşğuldur.İbtidai məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.[2]
Anabad kəndi Zəngəzur silsiləsinin cənub ətəyindədir. Bu sözlə bağlı Anabad yeri (Qubadlı), Anabad dərəsi (Laçın) və s. mikrotoponimlər mövcuddur. Van gölündən cənubda, Anabad məbədinin yaxınlığında Anabad adlı kənd var. Tədqiqatçılar toponimi orta fars dilindəki anapat. (adam yaşamayan, abad olmayan yer) sözü ilə bağlayırlar. Oykonim ana (əsas, böyük, baş) və bad/bat/bet (dağ yamacı, eniş, dağ ətəyi) sözlərindən düzəlib, "böyük dağ ətəyi" deməkdir. 1918-ci ilədək Ermənistanın Qafan rayonunda Anabad adlı yaşayış məntəqəsi olmuşdur.[3]
Əhalisi 235 nəfərdir.[4]