Aza (kənd, Ordubad)

Aza (əvvəlki adı: Yuxarı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsinin mərkəzi Yuxarı Aza kəndi Aza kəndi adlandırılmışdır.[2]

Aza
38°56′18″ şm. e. 45°49′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aza xəritədə
Aza
Aza

Aza Ordubad rayonunun Aza inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın ən qədim Şəhərlərindən olan Azanın adındandır. Bu Şəhər Culfa Şəhərinin 20 km.-liyində, Gilançayın sahilində idi. Müxtəlif mənbələrdə Aza, Azar, Azat, Azad adı ilə təqdim edilən bu obyekt kicik Şəhər kimi təsvir olunur. Həmin Şəhərin yerində indi Aşağı və Yuxarı Aza adlı iki kənd var. Qədim türk dillərində aza "kicik, kiçildilmış" mənalarında işlənmışdir. Beləliklə, Aza oykonimi "kicik yaşayış məntəqəsi" deməkdir. Qəsəbənin yerləşdiyi ərazinin keçmış adı Uluçaydır. Kendin esl adi Aza- qedim Kilit dilinde “yuxarida olan” kimi tercume edilir. [3].

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.