Leksikologiya

Leksikologiya (yun. lexikos-lüğət və logos-təlim) — Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir.

Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir. Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Bununla belə, lüğət tərkibi, sadəcə söz yığımından ibarət olmayıb, leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir[1].

Azərbaycan dilinin leksikologiyası müasir və tarixi leksikologiya olmaq üzrə iki qismə ayrılır. Müasir Azərbaycan dilinin leksikologiyası o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrədir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edilir.

Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimiöyrənməkdən ibarətdir. Odur ki, leksikologiyaya, eyni zamanda sözlərin məna xüsusiyyətindən danışan bəhs də daxil edilir ki, bu bəhs ayrılıqda semasiologiya adlanır.

Leksikologiyanın əsas məqsədi sözün mahiyyətini və tərkibini, sözlərin mənasını və çoxmənalılığını aydınlaşdırmaqdan, sözün inkişaf qanunlarını dəqiqləşdirməkdən və sözlərin mənaca qruplarını müəyyənləşdirməkdən ibarətdir. Burada eyni zamanda , sözlərin əmələgəlmə tarixi və müasir Azərbaycan ədəbi dili lüğət tərkibi necə yarandığı və inkişaf etdiyi də nəzərdən keçirilir.

Leksikologiya, həmçinin dilin leksik tərkibini onun aktiv və passiv fondu baxımından tədqiq edir, öyrənir. Burada köhnəliklə yenilik arasında, istifadədən çıxmaqda olan sözlərlə yeni yaranmaqda olan sözlər arasında gedən bir mübarizənin nəticəsi kimi arxaizmlər, tarixizmlər nəzərdən keçirilir, neologizmlərin yaranması qanunauyğunluğu müəyyənləşdirilir. Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: “İzin” sözü icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır. Sözün leksik mənasini bir neçə yolla izah etmək olar: Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn:təməl- bünövrə, azadlıq - müstəqillik — sərbəstlik. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə.

Məsələn:dəmirçi — metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi, sarıköynəksarı rəngli quş, sürətlə ötüb keçmək. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı — içində yazı üçün mürəkkəb saxlanılan qab, ovlaq - ov yeri. Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.

Məsələn: «qələm» sözü əşyanın adını, «qırmızı» əlamətini, «bir» isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir. Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "dəmir qapı", "daş divar", "yıımşaq çörək" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: "dəmir iradə", "daş ürək", "yumşaq söz" və s. söz birləşmələrindəki birinci tərəflər - "dəmir", "daş" və “yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Təbiət gülür", "Təbiət oyanır", "Günəş gizləndi" və s.

  1. Səlim Cəfərov "Müasir Azərbaycan dili (leksika)",Şərq-Qərb, 2007

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]