Armenabad

Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbəAzərbaycan Respublikasının Xocalı rayonununun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə.[1][2][3][4] Azərbaycan müstəqillik bərpa edəndən sonra ölkədə sovxozlar ləğv edilmişdi.[5] Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur.[6][7][8][9]

Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə
39°52′34″ şm. e. 46°46′54″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 619 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 198 nəf. (2007)
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə xəritədə
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə

Qəsəbə Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci,[1] 1964-cü,[2] 1968-ci,[3] 1979-cu[10] illərin nəşrlərinə əsasən Stepanakert rayonunun Xocalı kənd Sovetinin nəzdində idi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi[11]) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi[4]. 21 aprel 1990-cı il tarixində Azərbaycan SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərman № 1783-XI ilə Əsgəran rayonunun Xocalı kəndinə rayon tabeli şəhərlər kateqoriyasına aid edilməsi, Xocalı şəhər Sovetinin yaradılması və Xocalı kənd Sovetinin ləğvinə dair qərar verildi.[12] Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı.[11] Bununla, yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə sovxozlar ləğv edilmişdi.[5]

Ərazi 1990-cı illərin əvvəllərindən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən nəzarət olunurdu və işğal vaxtı ərzində 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında orada "Berkadzor" adında kənd qurulub və bura ermənilər köçürülüb. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Berkadzor kəndinin əhalisinin faktiki sayı 149 nəfər, qeydiyyatdakı əhalinin sayı 165 nəfər təşkil edirdi.[13] Xəritələr müqaisəsinə görə separatçılar tərəfindən “Berkadzor kəndi” adlanan yaşayış məntəqəsi ilə keçmiş Qarşərabtrestinin 2 nömrəli sovxozu yanında qəsəbə eyni yerdir.[14][15][16]

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur.[6][7][8][9]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qarabağ silsiləsinin ətəyindədir.[17] Xankəndindən şimala - Xocalı şəhərinə doğru  təxminən  6 km məsafədə Xankəndi - Xocalı yolunun sağında Qarqarçayın sağ sahilində yerləşirdi.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qəsəbə 2 nömrəli  Qarşərab trestin 2 nömrəli sovxozunun yanında yerləşirdi.[5]

  1. 1 2 Azərbaycan SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (az.). Bakı: Azərnəşr. 1961. 175. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  2. 1 2 Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (rus) (2). Баку: Азернешр. 1964. 154. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  3. 1 2 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (az.) (3). Bakı: Azərnəşr. 1968. 114. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  4. 1 2 Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (az.) (4). Bakı: Azərnəşr. 1979. 116, 217. 2023-12-29 tarixində arxivləşdirilib.
  5. 1 2 3 4 moderator.az. "1998-ci ildə ermənilərin saldığı kənd nədən Xocalı rayonunun ərazi vahidi kimi göstərilib?." moderator.az (az.). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  6. 1 2 "Rayon haqqında. Tarixi". AZƏRBAYCAN RESPUBLİKASI XOCALI RAYON İCRA HAKİMİYYƏTİ. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  7. 1 2 ""İnzibati Ərazi Bölgüsü Təsnifatı"nın 2020-ci ilədək qüvvədə olan (2013-cü il nəşri) versiyası ilə yeni versiyası (2020-ci il nəşri) arasında keçid "açarları". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2020. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  8. 1 2 "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019" (PDF). Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2020.
  9. 1 2 "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2019" (PDF). Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2020. 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-29.
  10. Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (az.) (4). Bakı: Azərnəşr. 1979. 116. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  11. 1 2 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
  12. Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin MƏLUMATI (az.) (№ 8 (813)). BAKI: "Kommunist" nəşriyyatı. 30 aprel 1990-cı il. 14.
  13. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine — səh. 1
  14. "Топографическая карта J-38-10. Степанакерт". mapj38.narod.ru. 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  15. "nakarte.me". nakarte.me. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  16. "Беркадзор". Беркадзор (rus). 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  17. R.Rzalı. "Xocalının qədim tarixi". Azərbaycan Milli Kitabxanası. 2009.-1 mart. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.