Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi.
← 1991 1993 → | ||||
Azərbaycanda Prezident seçimləri | ||||
---|---|---|---|---|
07.06.1992 | ||||
Seçici fəallığı | 97.60 % | |||
Namizəd | Əbülfəz Elçibəy | Nizami Süleymanov | ||
Partiya | AXC | Azərbaycan Demokratik Ziyalılar İttifaqı | ||
Səslər | 1 830 448 (60.90 %) |
1 018 218 (33.80 %) |
||
| ||||
Nəticə | Əbülfəz Elçibəy Prezident seçildi |
29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir.
1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.[1]
Əbülfəz Elçibəy | AXC Azərbaycan Xalq Cəbhəsi |
|||
Nizami Süleymanov | Azərbaycan Demokratik Ziyalılar İttifaqı |
|||
Yaqub Məmmədov | Müstəqil |
|||
İlyas İsmayılov | "Azərbaycan Demokratik İslahatlar uğurunda" ictimai hərəkatı |
|||
Rafiq Turabxanoğlu | Azərbaycan Xalq - Demokrat Qrupu |
|||
Bütün namizədlərin əlehinə | ||||
Etibarsız bülletenlər | ||||
Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[2][3][4][5][6]