Azərbaycan geologiyası

Azərbaycanın geologiya xəritəsi, 1881-ci il

Azərbaycan Respublikasının ərazisi geologiya cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. BöyükKiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında yer qabığının qalınlığı 38–55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talış dağları ətəklərindədir. Ərazinin geologiya quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogenkontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geologiya dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinalmolass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var.[1]

Tektonik quruluş

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur.[1]

Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir:

Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Səngəçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Təbaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun xeyli cənub hissəsi çaqıl daşları ilə örtülmüşdür.[1]

Kür dağarası çökəkliyi uzun geologiya vaxat ərzində formalaşmışdır. Lakin müasir konfiqurasiyasını yalnız Oliqosen – dördüncü dövrdə almışdır. Çökəkliyin bünövrəsində uzununa istiqamətdə qərbdən şərqə və həmçinin şimaldan cənuba və əksinə pilləli enmə müşahidə edilir. Çökəklik törəmə struktur olub, üstdə yatan çöküntü layı qeyri-uyğun olaraq altdan yatan struktur kompleksi örtür. Quruluşunda köndələn qalxmalarla ayrılan iki çökəklik var: Orta Kür (Yuxarı Kür çökəkliyi Gürcüstan Respublikasındadır) və Aşağı Kür.[1]

Kiçik Qafqazqabağı ön çökəkliyi Kiçik Qafqazın Somxeti-Ağdam zonasına paralel, cənub-şərq istiqamətdə uzanır. O, Paleogenin fliş tipli və Neogen-Antropogenin molass formasiyalı çöküntülərindən təşkil olunmuşdur; şimal-şərqdə Kür dərəsi boyu Yevlaxa dək yaxşı izlənən Küryarığı ilə, ondan şərqdə isə Bərdə-Beyləqan xətti üzrə keçən fleksur əyimi ilə hüdudlanır. Çökəkliyin qərbində Kiçik Qafqazqabağı yarıq ilə hüdudlanmasına baxmayaraq cənub-qərb sərhədi girintili-çıxıntılıdır.[1]

Talış qırılıqlıq sahəsi Kiçik Qafqazın mərkəzi hissəsinin bilavasitə şərq davamını təşkil edir. O, köndələn istiqamətdə qalxmış Alpdan əvvəlki bünövrədə yerləşir; Üst Təbaşirin azqalınlıqlı KarbonatPaleogen-Alt Eosenin fliş çöküntülərindən, Orta Eosen traxibazaltlarından və Oliqosen fliş çöküntülərindən təşkil olunmuşdur. Sahənin kiçik inruziv kütlələri Paleogendə yerləşir və qələvi bazalt, qabbro, diabaz-dioritqabbro-monsonit-siyenit formasiyalara aid olub, yerləşdiyi vulkanogen süxurlarla birlikdə vahid maqmatik kompleks əmələ gətirir.[1]

Burada AstaraBuravar antiklionriumları, YardımlıCəlilabad sinklinoriumları, faylar, üstəgəlmələr və onları mürəkkəbləşdirən köndələn qalzım və çökəkliklər ayrılır.[1]

Nadir geoloji obyektlər

[redaktə | mənbəni redaktə et]

Təbii yolla, geoloji proseslər nəticəsində əmələ gəlmiş, özünün maddi tərkibi, qeyri-adi forması, rəngi, estetik və mənəvi gözəlliyi, elmi və tarixi əhəmiyyəti ilə digər obyektlərdən seçilən və eyni zamanda turizm (geoturizm, ekoturizm və s.), rekreasiya sahəsində əhəmiyyət kəsb edə bilən obyektləri Nadir Geoloji Obyektlər (NGO) və ya geoloji təbiət abidələri adlandırmaq olar.

Nadir Geoloji Obyekt – Yardımlı Şəlaləsi, respublika əhəmiyyətli hidroloji abidə

NGO-ların növləri üzrə təsnif edilməsi onların mühafizəsi və istifadəsi proqramının hazırlanması üçün başlıca şərtlərdən biridir. Belə ki, hər bir obyektin özünəməxsus geoloji, geomorfoloji və s. xüsusiyyətləri vardır və bunların da mühafizəsi və istifadəsi bu müxtəlifliyin nəzərə alınması ilə aparılır. Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində məlum olan və yeni aşkarlanmış NGO-lar bir sıra oxşar əlamətlərinə və növlərinə görə aşağıdakı təsnifatı, kateqoriyalara və ranqlara bölünmüşdür. Aşağıdakı cədvəldə Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində NGO-ların təsnifatı, ranqları və kateqoriyaları verilmişdir. Cədvəldən göründüyü kimi Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsində aşkarlanmış NGO-lar növlərə, ranqa və kateqoriyaya bölünmüşdür. Belə təsnifatın aparılmasında əsas götürülən şərtlər birinci növbədə obyektlərin geoloji proseslər nəticəsində əmələ gəlməsi ilə onun nadirliyi, nadirliyin, mənşə və formanın oxşarlığı, nəhayət, obyektin rekreasiya obyekti kimi yararlı olub-olmamasından ibarət olmuşdur. NGO-ların ranqlara (statusa) bölünməsində isə onların elmi və təcrübi cəhətdən nə qədər əhəmiyyət kəsb etmə və dünya miqyasında təkrarolunmazlıq prinsipləri əsas götürülmüşdür.

Kosmogen Nadir geoloji obyekt: Yardımlı (Arus) meteoriti / Səciyyəsi: səma cismi, statusu: Dünya əhəmiyyətli

Kateqoriya baxımından nadir geoloji obyektlər daha geniş məhfumlarda cəmləşirlər ki, bunlar da birinci növbədə, onların maddi tərkibləri və oxşarlıqları ilə əlaqədar seçilmişdir.[2]

Aşağıda Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsinin Nadir Geoloji Obyektlərinin təsnifat cədvəli verilmişdir:

Nadir Geoloji Obyektlərin (NGO) təsnifatı, ranqları və kateqoriyaları cədvəli

Sıra №-si Təsnifat (növ) Ranqlar (status) Kateqoriyalar
1 Hidrogeoloji-hidroloji (bulaqlar, şəlalələr, göllər, çaylar) Dünya Lanşaft (meşə, torpaq və s. örtüklər)
2 Geomorfoloji (struktur, skulptur relyef formaları və s.) Beynəlxalq Geoloji (paleontoloji, stratiqrafik, tektonik)
3 Tektonik (sürüşmələr vəs.) Respublika Geomorfoloji (müxtəlif relyef formaları, karstabənzər boşluqlar)
4 Mineraloji (maraqlı yataqlar və təzahürlər) Bölgə Su (bulaqlar, şəlalələr, göllər, çaylar)
5 Petroqrafik (teşenitlər və s.) Yerli Tarixi-bəddi-təbiət (milli parklar, qoruqlar və s.)
6 Karstoloji (karbonat tərkibli süxurlardakı boşluqlar)
7 Vulkanik (palçıq vulkanları)
8 Paleontoloji (fauna məzarları)
9 Kosmogen (meteorit)
10 Dağ-geoloji (balneoloji istirahət kompleksləri)
11 Yanar qaz (metan və s. qaz təzahürləri)
12 Tarixi-bəddi-təbiət qoruqları
13 Təbii geoloji açılışlar

[2]

Azərbaycan Respublikasının Qərbi Xəzəryanı hissəsinin Nadir Geoloji Obyektlərinin təsnifatı cədvəli

Adı İnzibati rayon Növ Kateqoriya Ranq, status Turizm
1 Zənguləş “İstisu” təzahürü Astara Hidrogeoloji Su Yerli Eko, balneoloji
2 “Yanar bulaq” kompleksi “” “” “” “” Ekoturizm
3 Haftoni “İstisu” kompleksi Lənkəran “” “” Bölgə Balneoloji
4 Havzavu “İstisu” təzahürü "" "" "" Yerli ""
5 Masallı “İstisu” kompleksi Masallı "" "" Respublika Eko, balneoloji
6 Mişarçay şəlaləsi "" Hidroloji "" Yerli Ekoturizm
7 Masallı Şəlaləsi "" "" "" Respublika ""
8 “Yanardağ”, “İstisu” kompleksi "" Hidrogeoloji "" Yerli Eko, balneoloji
9 Yardımlı şəlaləsi Yardımlı Hidroloji "" Respublika Ekoturizm
10 Zeynələzir şəlaləsi "" "" "" Yerli ""
11 Çayrud şəlaləsi Lerik "" "" Bölgə ""
12 “Soqlan bulaq” "" "" "" Yerli ""
13 Afurca şəlaləsi Quba "" "" Bölgə Eko, geoturizm
14 Kunxirt şəlaləsi "" "" "" Yerli Ekoturizm
15 Xaltan “İstisu” təzahürü "" Hirogeoloji "" Bölgə Balneoloji
16 Laza qrupu şəlalələr Qusar Hidroloji "" "" Eko, geoturizm
17 Allar “Qız qalası” kompleksi Yardımlı Geomorfoloji Nümunə Respublika ""
18 Nesli mağaraları Lerik "" "" Yerli ""
19 Arvana (Peştəsər lay dəstəsinin) qayalıqları Yardımlı "" Geoloji “” ""
20 Deman (Nesli lay dəstəsinin) qayalıqları "" "" "" “” ""
21 Səngəçal_Umbakı obyekti Qobustan "" Geomorfoloji “” ""
22 Nərimankənd mağaraları "" "" "" “” Ekoturizm
23 Təngialtı keçidi Quba "" "" “” Eko, geoturizm
24 "Beşbarmaq" dağı Siyəzən "" "" Bölgə Eko, geo, dini turizm
25 "Bənövşə nənənin piri" Quba “” “” Yerli “”
26 Təngialtı mağarası "" Karstoloji "" “” Eko, geoturizm
27 “Baxşılı” sürüşməsi Xızı Tektonik Geoloji “” “”
28 “Kalaxan” qalası Lerik Petroqrafik "" “” “”
29 Maqnetitli qara qumlar Lənkəran Mineraloji "" Bölgə Eko, geo, balneoloji
30 Kirməki vadisi Binəqədi Paleontoloji "" Dünya Eko, geoturizm
31 Yardımlı (Arus) meteoriti Yardımlı Kosmoloji "" “” Ekoturizm
32 “Yanar dağ” Masallı Yanar qaz "" Yerli “”
33 “Yanar dağ”, Məhəmmədli yolu Abşeron “” “” Bölgə “”
34 Xınalıq, "Atəşgah" Quba “” “” “” Eko, dini
35 Quba-Xınalıq yolu "" Təbii geoloji açılışlar "" “” Eko, geoturizm
36 Giləzi-Xızı yolu Xızı "" "" “” “”
37 Qusar-Laza yolu Qusaer "" "" “” “”
38 “Böyük daş” qoruğu Qobustan Tarixi-bədii-təbiət "" Dünya Ekoturizm
39 Kirməki palçıq vulkanı Abşeron Vulkanik "" “” Eko, geoturizm
40 “42-ci km” palçıq vulkanı Qobustan "" "" Beynəlxalq “”
41 Kaftaran qrupu palçıq vulkanı "" "" "" “” “”
42 Daşgil palçıq vulkanı "" "" "" “” “”
43 Qalmaz palçıq vulkanı Hacıqabul "" "" Respublika “”
44 “Beşbarmaq” palçıq vulkanı Siyəzən "" "" “” “”
45 Masallı “İstisu” kompleksi Masallı Dağ-geoloji Hidrogeoloji “” Balneoloji
46 Haftoni “İstisu” kompleksi Lənkəran "" "" Bölgə “”
47 Havzavu “İstisu” kompleksi "" "" "" “” “”
48 Yanardağ”, “İstisu” kompleksi Masallı "" "" Yerli “”
  1. 1 2 3 4 5 6 7 Azərbaycan – Geologiya – Tektonik Quruluş Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine Azerbaijan.az
  2. 1 2 Azərbaycanın Qərbi Xəzəryanı hissəsinin geoloji təbiət abidələri və onların turizm potensialı / Q. İ. Hacıkərimov, F. Abdullayev ; baş red. H. S. Bağırov ; red. S. Mikayılqızı. - Bakı : Ziya, 2012. - 152 s. : rəngli foto ; 20,5 sm. - Biblioqr.: s. 146. - 200 экз. səh. 7-12

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]