Böyük Kanyon milli parkı (ing. Grand Canyon National Park) — ABŞ-nin Arizona ştatının şimal-qərbində yerləşən milli park. Parkın mərkəzi xüsusiyyəti Kolorado çayının yaratdığı Böyük kanyondur. Kanyon dünyanın möcüzələrindən biri hesab olunur. 1 217 262 hektar ərazini əhatə edən park 2017-ci ildə bütün Amerika milli parkları arasında Böyük Tüstü Dağları Milli Parkından sonra ikinci ən yüksək ziyarətçi sayını əldə etmişdir.[2] Böyük Kanyon 1979-cu ildə UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Park 26 fevral 2019-cu ildə 100 illik yubileyini qeyd edib.[3]
Böyük Kanyon Milli Parkı | |
---|---|
Grand Canyon National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1919 |
Ziyarətçi sayı |
|
Yerləşməsi | |
36°03′19″ şm. e. 112°07′19″ q. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Kokonino və Moxave qraflıqları, Arizona |
nps.gov/grca | |
|
|
Rəsmi adı | Grand Canyon National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii, ix, x |
Tarixi | 1979 (3-cü sessiya) |
İstinad nöm. | 75 |
Vikianbarda əlaqəli mediafayllar |