Proxladnı (Kabarda-Balkariya)

Proxladnı (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Proxladnenski rayonunun inzibati mərkəzidir. Əhali baxımından Kabarda-Balkariyanın ikinci (Nalçikdən sonra) şəhəridir. Əhəmiyyətli bir sənaye mərkəzi, kənd təsərrüfatı bölgəsinin mərkəzidir. Avtomobil və dəmir yollarının qovşağında yerləşir.

Proxladnı
Прохладнэ
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°45′27″ şm. e. 44°01′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1765
Sahəsi
  • 35,08 km²
Mərkəzin hündürlüyü 214 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 60.023 nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 361000
Digər
admprohladnyi.ru
Xəritəni göstər/gizlə
Proxladnı xəritədə
Proxladnı
Proxladnı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər respublikanın şimal-şərq hissəsində, Malka çayının sol sahilində (çayın sağ sahilində yerləşən Serunovka mikrorayonu istisna olmaqla) yerləşir. Nalçikdən 50 km şimal-şərqdədir. Qərbdən şərqə doğru şəhərin uzunluğu 11 km, cənubdan şimala isə 4 km-dir.

Şəhərin ərazisi 35.08 km²-dir.

Şəhər respublikanın düzən meşə-çöl zonasında yerləşir. Ərazisi düzən çöl torpaqlarından ibarətdir. Şəhərin cənub hissəsində, Malka çayı boyunca təpələr bir zəncirvari formada uzanır. Şəhər dairəsində orta hündürlük dəniz səviyyəsindən 214 metrdir.

Hidroqrafik şəbəkə əsasən Malka çayı ilə təmsil olunur. Baksan çayı yalnız şəhərin cənub-şərqindən axır. Şəhərin cənubunda bir neçə göl vardır. Onlardan ən böyüyü Komsomolskoye gölüdür. Böyük Proxladnenski kanalı şəhərin şimal kənarından axır. Ərazi yer səthinə yaxın olan yeraltı suları ilə də zəngindir.

Təbii ehtiyatlar əsasən qum və çınqıl yataqlarından ibarətdir.

1932-ci ilin martında ləğv edilən Proxladnenski rayonuna daxil olan Proxladnenski qəsəbə şurası və Proxladnenski kənd şurası Primalka rayonuna birləşdirilir[3].

1937-ci ildə kəndə Proxladnı adı verilir və regional tabeliyində bir şəhər statusu alır.

26 avqust 1942-ci ildən 5 yanvar 1943-cü ilədək şəhər Alman qoşunları tərəfindən işğal altında saxlanılır[4].

1964-cü ildə şəhər Proxladnenski rayonundan ayrılır və müstəqil respublika tabeli şəhər şurasına çevrilir.

2003-cü ildə Proxladnı şəhər şurası Proxladnı şəhər dairəsinə çevrilir.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 287-ci yerdədir. Əhalisinin sıxlığı — 1650.03 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
ruslar 45 692 76,7 %
kabardinlər 2 746 4,6 %
ermənilər 2 152 3,6 %
türklər 2 078 3,5 %
koreyalılar 1 824 3,1 %
ukraynalılar 871 1,5 %
qaraçılar 767 1,3 %
almanlar 582 1,0 %
digərləri 2 749 4,6 %
milliyətini bildirməyənlər 140 0,2 %
ümumi 59 601 100,00 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 5 426 5 180 10 606 17,8 %
15 — 59 yaş 17 998 19 860 37 858 63,5 %
60 yaşdan yuxarı 4 008 7 129 11 137 18,7 %
ümumi 27 432 32 169 59 601 100,0 %

Kişilər — 27 432 nəf. (46,0 %). Qadınlar — 32 169 nəf. (54,0 %)[7].

Əhalinin orta yaşı — 38,3 yaş. Kişilərin orta yaşı — 35,5 yaş. Qadınların orta yaşı — 40,6 yaş.

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[8]:

  • 2024 — 55,28 min nəf.
  • 2035 — 49,47 min nəf.
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. "ВСЕРОССИЙСКИЙ ЦЕНТРАЛЬНЫЙ ИСПОЛНИТЕЛЬНЫЙ КОМИТЕТ ПОСТАНОВЛЕНИЕ от 10 марта 1932 года «О ИЗМЕНЕНИЯХ В АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОМ ДЕЛЕНИИ СЕВЕРО-КАВКАЗСКОГО КРАЯ»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  4. "Как это было. Город Прохладный в годы Великой Отечественной войны". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
  5. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  6. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  7. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-13.
  8. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-23.